Şəki REM-in əməkdaşları şəhid Məmmədiyyə Cabbarzadənin xatirəsini yad ediblər
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) əməkdaşları Narınqala Şəhər Folklor Evinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən, İkinci Qarabağ müharibəsi şəhidi Məmmədiyyə Cabbarzadənin xatirəsinə həsr olunmuş “Yarım qalan arzular” adlı anım tədbirində iştirak ediblər Şəki REM-dən AZ

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) əməkdaşları Narınqala Şəhər Folklor Evinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən, İkinci Qarabağ müharibəsi şəhidi Məmmədiyyə Cabbarzadənin xatirəsinə həsr olunmuş “Yarım qalan arzular” adlı anım tədbirində iştirak ediblər Şəki REM-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidin həyat və döyüş yolundan bəhs olunub, onun Vətən uğrunda göstərdiyi qəhrəmanlıqdan danışılıb. Çıxış edənlər İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinin daim ehtiramla yad edildiyini vurğulayaraq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin mühüm əhəmiyyət daşıdığını qeyd ediblər Anım mərasimində şəhid Məmmədiyyə Cabbarzadənin həyatını və döyüş fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Həmçinin ədəbi kompozisiya və çıxışlar təqdim edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


