Tenqri
Ana Səhifə
Dünya

"Köhnə nəqliyyat vasitələrinin böyük hissəsi utilizasiyaya göndəriləcək" - Nəqliyyat eksperti

"Köhnə avtobuslar mərhələli şəkildə istismardan çıxarılır və son bir ildə həm dövlət, həm də özəl daşıyıcılar vasitəsilə avtoparkın yenilənməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib. Köhnə nəqliyyat vasitələrinin böyük hissəsi utilizasiyaya göndəriləcək” Bunu 525.az-a açıqlamasında nəqilliyyat mə

0 baxış525.az
"Köhnə nəqliyyat vasitələrinin böyük hissəsi utilizasiyaya göndəriləcək" - Nəqliyyat eksperti
Paylaş:

"Köhnə avtobuslar mərhələli şəkildə istismardan çıxarılır və son bir ildə həm dövlət, həm də özəl daşıyıcılar vasitəsilə avtoparkın yenilənməsi prosesi əhəmiyyətli dərəcədə sürətlənib. Köhnə nəqliyyat vasitələrinin böyük hissəsi utilizasiyaya göndəriləcək” Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspert vurğulayıb ki, Abşeron ərazisində də bu istiqamətdə işlər davam edir və Albalılıqda yeni qarajın açılması şimal-şərq istiqamətində yerləşən yaşayış məntəqələri üçün mühüm addım hesab olunur. İctimai nəqliyyatda gecikmələrin əsas səbəblərindən biri şəhər infrastrukturudur. 2020-ci ildən etibarən avtobus zolaqlarının təşkili başlanılıb, 2023-cü ildən isə bu işlər daha da sürətlənib. Nəticədə bəzi marşrutlarda hərəkət müddətinin 30 faizə qədər azaldığı, orta istismar sürətinin isə saatda 17 km-dən 22 km-ə yüksəldiyi müşahidə olunur: «İctimai nəqliyyat sistemi daha proqnozlaşdırılan hala gəlib və bəzi hallarda avtobusla hərəkət tıxacda qalmaqdan daha sürətli alternativə çevrilib. Hazırda avtobus zolaqlarının ümumi uzunluğu 110 kilometrə çatır. Avtobusların hərəkətini daha da sürətləndirmək üçün “yaşıl dalğa” sisteminin tətbiqi vacibdir. Bununla yanaşı, nəqliyyat yükünün balanslaşdırılması üçün metro şəbəkəsinin genişləndirilməsi, tramvayın bərpası, şəhərətrafı elektrik qatarlarının inkişafı, mikromobilliyin təşviqi və piyada infrastrukturunun yaxşılaşdırılması da mühüm əhəmiyyət daşıyır"

Kaynak: 525.az

Diğer Haberler