KGK üzvü olan türk jurnalistlər Ata yurdu Özbəkistanı kəşf etdilər
Küresel Gazeteciler Konseyinin (KGK) iyunun 2-7-də təşkil etdiyi, Daşkənd, Səmərqənd, Buxara, Xivə və Ürgənc şəhərlərini əhatə edən Özbəkistan Media Görüşü uğurla başa çatıb Yerli, ümummilli və xarici mediadan 40 jurnalistin qatıldığı media görüşü çərçivəsində Özbəkistan Jurnalistika və Kütləvi Kom

Küresel Gazeteciler Konseyinin (KGK) iyunun 2-7-də təşkil etdiyi, Daşkənd, Səmərqənd, Buxara, Xivə və Ürgənc şəhərlərini əhatə edən Özbəkistan Media Görüşü uğurla başa çatıb Yerli, ümummilli və xarici mediadan 40 jurnalistin qatıldığı media görüşü çərçivəsində Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universiteti ilə əməkdaşlıq əsasında media və təhsil paneli də keçirilib. KGK heyəti Türkiyənin Daşkənddəki səfiri Ufuk Ulutaşla yanaşı, Özbəkistan Jurnalistlər Birliyinin sədri Şöhrət Aripov və Anadolu Aslanları İş Adamları Dərnəyinin Daşkənd rəhbəri Ercan Bulutu da ziyarət edib. Həmçinin, Ziraat Bank Özbəkistanın baş direktoru Volkan Güldürməzin dəvəti ilə Daşkənddə açılan nəqqaşlıq sərgisində iştirak ediblər KGK heyətinə Özbəkistanda fəaliyyət göstərən Türkiyə mənşəli bəzi şirkətlər də təqdimatlar keçiriblər. ASKON-un qonağı qismində Daşkənddəki Arboroma restoranında təşkil olunan ilk axşam yeməyində iştirak edən heyət burada ASKON rəhbəri Ercan Bulutdan Özbəkistandakı türk iş adamlarının fəaliyyəti barədə məlumat alıb. İkinci axşam isə Daşkənddə məşhur Beş Kazan restoranında texnologiya yatırımları həyata keçirən TSP şirkətinin qonağı olan heyəti şirkətin baş direktoru İ.Cem Kadıoğlu müşayiət edib Ata yurdunu kəşf etdilər Aralarında tanınmış jurnalist-yazar Yavuz Donatın da olduğu KGK üzvü jurnalistlər Özbəkistanın əsas şəhərlərində keçirdikləri beş günün ardından paylaşdıqları təəssüratlarda qardaş Özbəkistanın və ata yurdunun onları heyran etdiyini bildiriblər Paytaxt Daşkənddə tarixi və turistik məkanlarla tanışlıqdan sonra heyət sürətli qatarla təxminən 2,5 saatlıq səfərlə ölkənin ikinci böyük şəhəri olan Səmərqəndə yollanıb. Burada onlar Əmir Teymurun ən möhtəşəm əsərlərindən biri və dünyanın ən məşhur memarlıq abidələrindən sayılan Reqistan meydanını bələdçi müşayiətilə gəziblər Tarix qoxuyan Səmərqənddən sonra heyət sürətli qatarla Buxaraya yollanıb. Buxaranın mistik atmosferində onlar əsrlər öncəsinə gedib çıxan müxtəlif islam icmaları və təriqətlərinə məxsus külliyələri ziyarət edərək məlumat əldə ediblər Heyətin son dayanacağı tarixi Xivə və Ürgənc şəhərlərinin yerləşdiyi Xarəzm vilayəti olub. Buxaradan avtomobillə məşhur Qızılqum səhrasını keçərək Xivəyə çatan heyət burada türk-islam tarixinin ən böyük dövlətlərindən biri olan Xarəzmşahların izlərini araşdırıb XIII-XIV əsrlərdən qalan möhtəşəm qala kompleksi, onun daxilindəki tikililər və bu gün də davam edən sosial həyat haqqında məlumat alan heyət son gün Xivənin məşhur məkanlarından biri olan Sofrada, Xarəzm bölgəsində enerji layihələri həyata keçirən ODAŞ şirkətinin qonağı olub ODAŞ-ın baş koordinatoru Özkan Oralın da qatıldığı tədbirdə canlı türk musiqisi müşayiətilə yerli yeməklər və içkilər təqdim olunub. Yeməkdən sonra Xarəzm bölgəsinin ənənəvi xalq rəqslərini nümayiş etdirən folklor qrupunun çıxışını izləyən heyət iyunun 7-də səhər saatlarında Ürgənc hava limanından İstanbul istiqamətində yola düşüb DİM: Çox faydalı oldu Özbəkistan Media Görüşünün başa çatmasından sonra açıqlama verən KGK Başqanı DİM tədbirin heç bir problem yaşanmadan proqram üzrə tamamlanmasından məmnunluğunu ifadə edib: “Çox güclü heyətlə qardaş Özbəkistanın qədim torpaqlarında dolğun və yaddaqalan beş gün keçirdik. Unudulmaz xatirələr və dəyərli dostluqlarla geri döndük. Hesab edirəm ki, bu görüş həm media həmrəyliyi və ictimai diplomatiya, həm də qardaşlıq və ictimai birlik baxımından olduqca faydalı oldu. Daşkənddə təşkil etdiyimiz media və təhsil panelinin peşəkar inkişaf baxımından əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Bütün tədbirlərimizdə olduğu kimi, bunu da öz imkanlarımız hesabına reallaşdırmaqdan qürur duyuruq. Dəstək və iştiraklarına görə üzvlərimizə minnətdaram. Şura olaraq fəaliyyətlərimiz və təşəbbüslərimiz qarşıdakı aylarda da müxtəlif coğrafiyalarda davam edəcək”


