Kənan Yıldıza böyük şok! Birdən çöldə qaldılar
“Yuventus”da çıxış edən milli futbolçu Kənan Yıldız növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak edə bilməmək təhlükəsi ilə üzləşib İtaliya A Seriyasının 37-ci həftəsində "Yuventus" doğma meydanda "Fiorentina"nı qəbul edib. Qonaq komanda “Fiorentina” 2:0 hesablı qələbə qazanarkən, “Yuventus” l

“Yuventus”da çıxış edən milli futbolçu Kənan Yıldız növbəti mövsüm UEFA Çempionlar Liqasında iştirak edə bilməmək təhlükəsi ilə üzləşib İtaliya A Seriyasının 37-ci həftəsində "Yuventus" doğma meydanda "Fiorentina"nı qəbul edib. Qonaq komanda “Fiorentina” 2:0 hesablı qələbə qazanarkən, “Yuventus” liqada 10 matçdan sonra məğlubiyyətlə üzləşib "Fiorentina"ya qələbə qazandıran qolları Cher Ndour və Rolando Mandraqora vurub. Qonaq komandanın futbolçusu Luka Ranyeri 72-ci dəqiqədə qırmızı vərəqə alıb Bu nəticədən sonra "Yuventus" 68 xalla qalıb və A Seriyasında 6-cı pilləyə düşüb. İtaliyada liqanı ilk 4-lükdə başa vuran komandalar Çempionlar Liqasına vəsiqə qazanarkən, ağ-qara komanda qazandan düşüb “Yuventus”da çıxış edən milli futbolçu Kənan Yıldız matçda 90 dəqiqə meydanda qalıb. Gənc ulduz komandasının məğlubiyyətinin qarşısını ala bilməyib. “Yuventus” mövsümün son həftəsində səfərdə “Torino” ilə qarşılaşacaq. Qara-ağ komanda Çempionlar Liqası ümidlərini son matça qədər daşıdı


