Kənan Yıldızı təhlükə gözləyir! "Yuventus" Çempionlar Liqası şanslarını möcüzələrə buraxır
İtaliya A Seriyasının 37-ci həftəsində keçirilən matçda "Yuventus" və "Fiorentina" üz-üzə gəlib. Allianz Stadionunda keçirilən matçda "Fiorentina" 2-0 hesabı ilə qalib gəlib Qonaq komanda “Fiorentina”ya qələbə qazandıran qolları 34-cü dəqiqədə “Beşiktaş”ın sabiq futbolçusu Çer Ndur, 83-cü dəqiqədə

İtaliya A Seriyasının 37-ci həftəsində keçirilən matçda "Yuventus" və "Fiorentina" üz-üzə gəlib. Allianz Stadionunda keçirilən matçda "Fiorentina" 2-0 hesabı ilə qalib gəlib Qonaq komanda “Fiorentina”ya qələbə qazandıran qolları 34-cü dəqiqədə “Beşiktaş”ın sabiq futbolçusu Çer Ndur, 83-cü dəqiqədə isə Rolando Mandraqora vurub “Yuventus”da çıxış edən milli futbolçu Kənan Yıldız matça ilk 11-də başlayıb və 90-cı dəqiqədə oyundan kənarlaşdırılıb Bu nəticə ilə "Yuventus" son həftə öncəsi 68 xalla 6-cı pillədə qalıb. Qara-ağlar UEFA Çempionlar Liqasında iştirak etmək üçün qalib gələrək rəqiblərinin xal itirməsini gözləyəcək. "Fiorentina" xallarını 41-ə yüksəldib. Liqanın son həftə matçında "Yuventus" səfərdə "Torino"nun qonağı olacaq. "Fiorentina" doğma meydanda "Atalanta"nı qəbul edəcək


