Tenqri
Ana Səhifə
Dünya

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

İyunun 15-də Qubadakı Qırmızı qəsəbədə “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil olunub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dağ Yəhudiləri Muzeyində keçirilən sərginin əsas məqsədi dağ yəhudilərinin əsrlər boyu qorunub saxlanıla

0 baxışazertag.az
Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib
Paylaş:

İyunun 15-də Qubadakı Qırmızı qəsəbədə “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil olunub AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dağ Yəhudiləri Muzeyində keçirilən sərginin əsas məqsədi dağ yəhudilərinin əsrlər boyu qorunub saxlanılan, nəsildən-nəsilə ötürülən, yerli icmanın mənəvi və mədəni dəyərlərinin formalaşmasında mühüm rol oynayan zəngin mədəniyyətini və musiqi irsini nümayiş etdirməkdir “STMEGİ” Dağ Yəhudilərinin Beynəlxalq Xeyriyyə Fondunun və Dağ Yəhudilərinin İrsi Mərkəzinin birgə təşkil etdiyi tədbirdə Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri, yerli icra hakimiyyəti orqanlarının rəsmiləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər Dağ Yəhudilərinin İrsi Mərkəzinin direktoru İgor Şaulov bildirib ki, dağ yəhudilərinin musiqi irsinin təkcə bir icmanın mədəni sərvəti deyil, həm də Azərbaycanın multikultural dəyərlərinin və zəngin mədəni müxtəlifliyinin ayrılmaz bir parçasıdır İgor Şaulov Qırmızı qəsəbənin tolerantlığın, multikulturalizmin və birgəyaşayış ənənələrinin canlı simvolu olduğunu vurğulayaraq bu formatlı tədbirlərin xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edib Tədbir çərçivəsində ziyarətçilərə Dağ Yəhudilərinin musiqi mədəniyyətinin inkişafının müxtəlif mərhələlərini əks etdirən tematik fotosərgi nümayiş olunub Sərgidə İsraildən dəvət olunan “Jerusalem Cantors Choir” ansablının yəhudi musiqi ənənələrini özündə əks etdirən kompozisiyaları təqdim olunub Tədbirin sonunda iştirakçıların Qırmızı Qəsəbəyə ekskursiyası təşkil edilib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler