Keçmiş məcburi köçkün: Qalan ömrümüzü Ağdamın çiçəklənməsinə həsr edəcəyik
“Artıq Ağdamsız illər geridə qalıb və biz doğma yurda qayıdaraq ən böyük arzumuza çatmışıq” APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu bu gün Ağdam şəhərinə köçən keçmiş məcburi köçkün Elməddin Səfərov deyib O bildirib ki, yeni mənzili əvvəl yaşadıqları məhəllədə yerləşir və küçələrinə döyüş yold

“Artıq Ağdamsız illər geridə qalıb və biz doğma yurda qayıdaraq ən böyük arzumuza çatmışıq” APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu bu gün Ağdam şəhərinə köçən keçmiş məcburi köçkün Elməddin Səfərov deyib O bildirib ki, yeni mənzili əvvəl yaşadıqları məhəllədə yerləşir və küçələrinə döyüş yoldaşı, şəhid Rövşən Ağayevin adı verilib: “Gəncliyimiz Ağdamın müdafiəsi uğrunda döyüşlərdə keçdi. İndi isə qalan ömrümüzü Ağdamın çiçəklənməsinə həsr edəcəyik. Bu, doğma yurda qayıdan hər bir ağdamlının borcudur” O, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayıb, dövlət başçısına minnətdarlığını bildirib


