Kembric və ALTE ilə əməkdaşlıq: DİM beynəlxalq imtahan standartlarını Azərbaycana gətirir
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abasszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Londona səfəri çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib DİM-dən 525.az-a bildirilib ki, Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə qurumu və Avropada D

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abasszadənin rəhbərlik etdiyi nümayəndə heyəti Londona səfəri çərçivəsində beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirib DİM-dən 525.az-a bildirilib ki, Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə qurumu və Avropada Dil Qiymətləndirilməsi üzrə Assosiasiyanın Katibliyinin (ALTE) nümayəndələri ilə keçirilən görüşlərdə qiymətləndirmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub Kembric Universiteti Nəşriyyatı və Qiymətləndirmə qurumu ilə görüşdə qiymətləndirmə sahəsində strateji prioritetlər, psixometriya, təhsildə ölçmə və qiymətləndirmə üzrə mütəxəssislərin hazırlanması, süni intellektəsaslı test tapşırıqlarının işlənilməsi və rəhbər heyət üçün peşəkar inkişaf proqramları ətrafında fikir mübadiləsi aparılıb Görüş zamanı DİM-in riyaziyyat fənni üzrə imtahanlarının A-Level riyaziyyat kvalifikasiyası ilə müqayisəli təhlili, həmçinin ingilis dili imtahanlarının qiymətləndirilməsi məsələləri də müzakirə olunub. Tərəflər texniki dəstək, institusional inkişaf və pilot layihələrin icrası imkanlarını nəzərdən keçiriblər ALTE nümayəndələri ilə keçirilən görüşdə isə dil biliyinin qiymətləndirilməsi sahəsində əməkdaşlıq, Azərbaycan dili üzrə sertifikatlaşdırma imtahanının təkmilləşdirilməsi və dövlət qulluğunda tətbiqi məsələləri diqqət mərkəzində olub. Bununla yanaşı, imtahanlar üzrə “Q Mark” keyfiyyət nişanının əldə edilməsi imkanları və tələbləri, tapşırıq hazırlaması prosesinin rəqəmsallaşdırılması, beynəlxalq qiymətləndirmə meyarlarının tətbiqi məsələləri müzakirə edilib. ALTE nümayəndələri təşkilatın fəaliyyət istiqamətləri və üzv qurumlarla əməkdaşlıq modelləri barədə məlumat veriblər Görüşlərdə gələcək əməkdaşlığın çərçivəsi, potensial tərəfdaşlıq istiqamətləri və növbəti addımlar üzrə ilkin razılıq əldə olunub
Diğer Haberler

2026-cı ildə Atalar Günü hansı gündür? Atalar gününə neçə gün qalıb? Hansı tarixə düşür? Budur təfərrüatlar

Beypazarıda Doruk Maden fəhlələrinin etiraz aksiyasına qatılan mədənçi uşağı: Hər yay atamın haqqı uğrunda mübarizə aparmaqdan bezmişəm | T24
