Atatürkçülər bir-birinə çevrildi - Yeniləndi
Türkiyənin ən böyük müxalifət partiyası olan CHP-də varislik böhranı davam edir, partiya lideri Kamal Kılıçdaroğlu ilə məhkəmə tərəfindən vəzifədən uzaqlaşdırılan sələfi Özgür Özəl tərəfdarları arasında gərginlik artmaqdadır. Özəl bildirib ki, iyunun 9-da keçiriləcək iclasda özü çıxış edəcək Məhkəm

Türkiyənin ən böyük müxalifət partiyası olan CHP-də varislik böhranı davam edir, partiya lideri Kamal Kılıçdaroğlu ilə məhkəmə tərəfindən vəzifədən uzaqlaşdırılan sələfi Özgür Özəl tərəfdarları arasında gərginlik artmaqdadır. Özəl bildirib ki, iyunun 9-da keçiriləcək iclasda özü çıxış edəcək Məhkəmə qərarı ilə partiya başqanı vəzifəsinə bərpa edilən Kamal Kılıçdaroğlu da Türkiyə parlamentinə göndərdiyi məktubda iyunun 9-da qrup toplantısında çıxış edəcəyini açıqlayıb Hər iki tərəf eyni saatı - saat 13:00-a təyin edib və bu səbəbdən səhər saatlarından Ankaranın Çankaya səmtində Türkiyə parlamenti binası qarşısında aktivlik müşahidə olunub. Özəl tərəfdarları saat 08.00-da parlamentdəki CHP fraksiyasının iclas keçirdiyi salona gəlib. Dikmen və Çankaya girişlərindən binaya girməyə cəhd edən partiya üzvləri arasında gərginlik yaranıb. Polis bəzi vətəndaşların girişlərdəki baryerləri aşmaq cəhdlərinin qarşısını alıb Kılıçdaroğlu və Özeli dəstəkləyən partiya üzvləri parlamentin girişində şüarlar səsləndirməyə davam edərkən, bəzi CHP millət vəkilləri gərginliyin daha da artmasının qarşısını almaq üçün kütləni sakitləşdirməyə çalışırlar Kılıçdaroğlunun tərəfdarları parlament reqlamentində nəzərdə tutulduğu kimi, Özəldən fraksiya rəhbəri kimi çıxış etmək üçün sözü partiya sədrinə verməsini tələb edirlər. Bununla belə, Özəl Kılıçdaroğlunu “təyin edilmiş” adlandırmaqda davam edir. Bu arada Kılıçdaroğlunun mətbuat katibi Atakan Sönməz bildirib ki, qrup toplantısının hələ də baş tutması üçün tərəflər müzakirələri davam etdirirlər


