Tenqri
Ana Səhifə
Dünya

"Keşbeklərin azalması və ya tamamilə ləğv olunması vətəndaşların nağdsız ödənişlərə marağını azalda bilər" - Rəy

“Nağdsız hesablaşmaları stimullaşdırmaq üçün tətbiq edilən təşviqedici proqramların təsir gücü tədricən zəifləyə bilər. Keşbeklərin azalması və ya tamamilə ləğv olunması vətəndaşların nağdsız ödənişlərə marağını azalda bilər ki, bu da mənfi tendensiya hesab olunur” İqtisadçı ekspert Razi Abasbəyli

0 baxış525.az
"Keşbeklərin azalması və ya tamamilə ləğv olunması vətəndaşların nağdsız ödənişlərə marağını azalda bilər" - Rəy
Paylaş:

“Nağdsız hesablaşmaları stimullaşdırmaq üçün tətbiq edilən təşviqedici proqramların təsir gücü tədricən zəifləyə bilər. Keşbeklərin azalması və ya tamamilə ləğv olunması vətəndaşların nağdsız ödənişlərə marağını azalda bilər ki, bu da mənfi tendensiya hesab olunur” İqtisadçı ekspert Razi Abasbəyli bu fikri 525.az-a bildirib. Ekspert vurğulayıb ki, keşbeklərin ləğv olunması və ya azalması vətəndaşların plastik kartlarla ödənişə marağını zəiflədə, nağdsız alış-verişlərin həcminin azalmasına gətirib çıxara bilər. Eyni zamanda, xüsusilə apteklər və ərzaq mağazalarında sahibkarların xərclərinin artması qiymət artımına da təsir göstərə bilər O əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı kart ödənişlərində tətbiq olunan interçeync komissiyalarına yuxarı hədd müəyyən edib. Qərara əsasən, supermarket və apteklərdə 1,25 faiz, yanacaq doldurma məntəqələrində 0,75 faiz, ümumi kateqoriya üzrə isə 1,5 faiz limit tətbiq olunub. Bu qərarın dolayı yolla qiymətlərə təsir göstərə bilər

Kaynak: 525.az

Diğer Haberler