Kipr Türk Dövlət Teatrları “Sevdalı Bulut” tamaşasını səhnələşdiriblər
Kipr Türk Dövlət Teatrları şənbə günü Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində ilk dəfə olaraq "Sevdalı Bulut" uşaq tamaşasını nümayiş etdirib Kipr Türk Dövlət Teatrından verilən məlumata görə, 7 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulan “Sevdalı Bulut” tamaşası Təhsil Nazirliyinə tabe olan ibtidai

Kipr Türk Dövlət Teatrları şənbə günü Lefkoşa Atatürk Mədəniyyət Mərkəzində ilk dəfə olaraq "Sevdalı Bulut" uşaq tamaşasını nümayiş etdirib Kipr Türk Dövlət Teatrından verilən məlumata görə, 7 yaş və yuxarı uşaqlar üçün nəzərdə tutulan “Sevdalı Bulut” tamaşası Təhsil Nazirliyinə tabe olan ibtidai məktəblərdə də nümayiş etdiriləcək Ssenarisini Nazım Hikmət Ranın yazdığı əsərin quruluşçu rejissorları Kurtuluş Altaylı və Halit Tümkandır. Tamaşada Ayşə adlı uşağın özünü hər şeyin sahibi kimi görən həris adamdan bütün canlıların harmoniya və dinclik içində yaşadığı bağçasını qorumaq üçün dostları ilə birlikdə necə mübarizə aparmasından bəhs edilir


