Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin "Mançester Yunayted" klubundan ayrıldıqdan sonra karyerasını ABŞ-də davam etdirmək istəyir "Report" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki paylaşımında məlumat yayıb Mənbənin bildirdiyinə görə, təcrübəli futbolçu İngil

Braziliyalı yarımmüdafiəçi Kazemiro İngiltərənin "Mançester Yunayted" klubundan ayrıldıqdan sonra karyerasını ABŞ-də davam etdirmək istəyir "Report" xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano sosial şəbəkədəki paylaşımında məlumat yayıb Mənbənin bildirdiyinə görə, təcrübəli futbolçu İngiltərə Premyer Liqasında mayın 24-də keçiriləcək son turdan sonra "İnter Mayami" klubu ilə müqavilə imzalamağı planlaşdırır 34 yaşlı Kazemiro 2022-ci ilin yayında "qırmızı şeytanlar"a transfer olunub. O, komandanın heyətində Liqa Kuboku və İngiltərə Kubokunun qalibi olub Qeyd edək ki, "İnter Mayami" hazırda MLS-in son çempionudur. Komandanın kapitanı isə səkkizqat "Qızıl top" mükafatçısı Lionel Messidir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


