Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstanın QazaqGaz şirkəti Çin maliyyə institutları ilə strateji əməkdaşlığı araşdırır

BAKI, Azərbaycan, 11 iyun. Qazaxıstanın QazaqGaz şirkəti Çinin maliyyə institutları ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib Bu barədə Qazaxıstan şirkətinin mətbuat xidməti məlumat yayıb Məsələlər QazaqGaz-ın iqtisadiyyat və maliyyə üzrə sədr müavini Canbolat Mirmanovun Çin Beynəlxalq Kapit

0 baxıştrend.az
Qazaxıstanın QazaqGaz şirkəti Çin maliyyə institutları ilə strateji əməkdaşlığı araşdırır
Paylaş:

BAKI, Azərbaycan, 11 iyun. Qazaxıstanın QazaqGaz şirkəti Çinin maliyyə institutları ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib Bu barədə Qazaxıstan şirkətinin mətbuat xidməti məlumat yayıb Məsələlər QazaqGaz-ın iqtisadiyyat və maliyyə üzrə sədr müavini Canbolat Mirmanovun Çin Beynəlxalq Kapital Korporasiyasının (CICC) nümayəndə heyəti, Çin və Honq-Konqdan olan maliyyə və investisiya qurumlarının nümayəndələri ilə görüşündə müzakirə olunub Tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər İştirakçılar həmçinin maliyyə imkanlarına, qaz infrastrukturunun inkişafına və maliyyə institutlarının perspektivli layihələrdə mümkün iştirakına xüsusi diqqət yetirməklə QazaqGaz və CICC arasında əməkdaşlığın potensial sahələrini nəzərdən keçiriblər Qazaxıstan və Çin arasında iqtisadi əlaqələr dinamik şəkildə inkişaf edir. Bu ayın əvvəlində Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Baş icraçı direktoru logistika, yaşıl enerji, mədənçilik, innovasiya, texnologiya və təhsil sektorlarını təmsil edən 75 nəfərlik nümayəndə heyəti ilə Qazaxıstana ilk dəfə olaraq tarixi səfər edib Qazaxıstan Milli Statistika Bürosunun məlumatına görə, Çin 2026-cı ilin birinci rübündə ölkənin ən böyük ticarət tərəfdaşı olub, ikitərəfli ticarət 7,8 milyard dollara çatıb ki, bu da Qazaxıstanın ümumi xarici ticarət dövriyyəsinin 23,8%-ni təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 30% artıb

Kaynak: trend.az

Diğer Haberler