Qazaxıstan ev təsərrüfatlarının gəlirlərini artırmaq üçün hərtərəfli planı yeniləyir
BAKI, Azərbaycan, 11 iyun. Qazaxıstan 2029-cu ilə qədər ev təsərrüfatlarının gəlirlərinin artırılmasına dair Kompleks Planı yeniləyib, - Milli İqtisadiyyat nazirinin birinci müavini Azamat Amrin mətbuat brifinqində deyib Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb "Yeni plan 20

BAKI, Azərbaycan, 11 iyun. Qazaxıstan 2029-cu ilə qədər ev təsərrüfatlarının gəlirlərinin artırılmasına dair Kompleks Planı yeniləyib, - Milli İqtisadiyyat nazirinin birinci müavini Azamat Amrin mətbuat brifinqində deyib Bu barədə Qazaxıstan hökumətinin mətbuat xidməti məlumat yayıb "Yeni plan 2022-ci ildən həyata keçirilən proqramı əvəz edir və həm cari iqtisadi çağırışları, həm də insan kapitalının inkişafı və Qazaxıstan əhalisinin həyat keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı uzunmüddətli hədəfləri nəzərə alır. Regional hədəflərə nail olmağı gücləndirmək üçün yerli idarələr regional gəlir artımı proqramları hazırlayıblar", - Amrin bildirib O əlavə edib ki, gəlirlərin artımı proqramı işə salındıqdan sonra Qazaxıstan əsas sosial-iqtisadi göstəricilərdə yaxşılaşmalar qeydə alıb "Faaliyyətdə olan kiçik və orta müəssisələrin sayı 1,8 milyondan 2,2 milyona, sektorda məşğulluq isə 4,5 milyon nəfərə çatıb. KOM-ların iqtisadiyyatda payı ÜDM-də 40,9 faizə yüksəlib, işsizlik səviyyəsi 4,6 faizə düşüb, məşğul olan vətəndaşların sayı isə 912,8 faiz artıb" 2026-2029-cu illər üçün Kompleks Plan altı əsas istiqamət üzrə 59 tədbirin həyata keçirilməsini nəzərdə tutur Onun sözlərinə görə, bunlara əmək haqqının artımı, inflyasiyanın azaldılması və real gəlir artımı, insan kapitalının inkişafı və məşğulluğun genişləndirilməsi, keyfiyyətli iş yerlərinin yaradılması, vergi və sosial tədbirlər, habelə borc yükünün azaldılması və əhalinin maliyyə dayanıqlığının yaxşılaşdırılması daxildir


