Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstanla Türkiyə strateji bağlarını əbədi dostluq bəyannaməsi ilə möhkəmləndirir

ASTANA, Qazaxıstan, 14 may. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən ikitərəfli danışıqların və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının yekunu üzrə Qazaxıstan və Türkiyə arasında Əbədi Dostluq və Genişləndirilmiş Stra

0 baxıştrend.az
Qazaxıstanla Türkiyə strateji bağlarını əbədi dostluq bəyannaməsi ilə möhkəmləndirir
Paylaş:

ASTANA, Qazaxıstan, 14 may. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən ikitərəfli danışıqların və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasının yekunu üzrə Qazaxıstan və Türkiyə arasında Əbədi Dostluq və Genişləndirilmiş Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb Tərəflər həmçinin investisiya, enerji, təhsil, səhiyyə, mədəniyyət, maliyyə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra hökumətlərarası və idarələrarası sənədlər mübadiləsi aparıblar Əsas sazişlər arasında sərmayələrin qarşılıqlı təşviqi və qorunması haqqında müqavilə, Qazaxıstan hökuməti ilə TAV Holdinq arasında investisiya sazişi və hər iki ölkədə mədəniyyət mərkəzlərinin yaradılması və fəaliyyət göstərməsi haqqında sazişlər daxildir Enerji sahəsində Qazaxıstan və Türkiyə neft-mədən xidmətləri və neft-qaz layihələrinin birgə icrasını asanlaşdırmaq üçün KazMunayGas və Türkiye Petrolleri Anonim Ortaklığı arasında əməkdaşlıq sazişi və memorandum imzalayıb Müdafiə sahəsində əməkdaşlıq, həmçinin “ANKA” pilotsuz uçuş aparatlarının istehsalı və texniki xidməti üzrə birgə müəssisənin yaradılmasına dair razılaşma yolu ilə inkişaf etdirilib Təhsil və media sahələrində Qazaxıstanda iki Türkiyənin Maarif Fondu məktəbinin açılması, birgə “Abai-Akif” proqramının yayımlanması, Qazaxıstan Prezidenti Teleradio Kompleksi ilə Türkiyənin TRT telekanalı arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı memorandumlar imzalanıb Astana Beynəlxalq Maliyyə Mərkəzi ilə İstanbul Maliyyə Mərkəzi, həmçinin Astana Beynəlxalq Birjası ilə Borsa İstanbul arasında memorandumlarla maliyyə əməkdaşlığı daha da gücləndirilib Ərdoğanın dövlət səfəri zamanı Qazaxıstanın KazAID və Türkiyənin TİKA arasında əlavə olaraq inkişaf sahəsində əməkdaşlığa dair memorandum imzalanıb

Kaynak: trend.az

Diğer Haberler