Qazaxıstan və İsveç iqtisadi əməkdaşlıq komissiyası yaradıblar
BAKI, Azərbaycan, 12 iyun. Qazaxıstan və İsveç ticarət-iqtisadi və investisiya əməkdaşlığı üzrə ikitərəfli komissiya yaradıblar Bu, Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin dərc etdiyi hesabatlarda öz əksini tapıb “Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ilə İsveç Xarici İşlər Nazirliyi arasınd

BAKI, Azərbaycan, 12 iyun. Qazaxıstan və İsveç ticarət-iqtisadi və investisiya əməkdaşlığı üzrə ikitərəfli komissiya yaradıblar Bu, Qazaxıstan Sənaye və Tikinti Nazirliyinin dərc etdiyi hesabatlarda öz əksini tapıb “Qazaxıstanın Sənaye və Tikinti Nazirliyi ilə İsveç Xarici İşlər Nazirliyi arasında ticarət, iqtisadi və investisiya əməkdaşlığı üzrə ilk Qazaxıstan-İsveç ikitərəfli komissiyasının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb”, - deyə nazirlikdən bildirilib Məlumata görə, sənəd Qazaxıstanın sənaye və tikinti naziri Yersayin Naqaspayev ilə Astana Mining & Metallurgy Beynəlxalq Konqresində iştirak etmək üçün Astanaya gələn İsveç Xarici İşlər Nazirliyinin xarici ticarət üzrə dövlət katibi Diana Janse arasında görüş zamanı imzalanıb Komissiyanın məqsədi hər iki ölkənin dövlət orqanları, biznes icmaları, maliyyə institutları və tədqiqat təşkilatları arasında əməkdaşlığı gücləndirməkdir "Qazaxıstan üçün İsveç sənaye və texnoloji sahədə ən perspektivli tərəfdaşlardan biridir. Bizim artıq uğurlu əməkdaşlıq nümunələrimiz var və bu müsbət impulsun daha geniş, sistemli və layihə yönümlü gündəliyə çevrilməsi vacibdir. Biz ölkəmizdə öz iştiraklarını genişləndirməkdə maraqlı olan İsveç şirkətlərini dəstəkləməyə hazırıq", - Naqaspayev bildirib Öz növbəsində Xarici Ticarət üzrə Dövlət Katibi Diana Janse əlverişli investisiya şərtləri ilə İsveç biznesinin Qazaxıstan bazarına böyük marağı olduğunu qeyd edib 11-12 iyun tarixlərində keçiriləcək 16-cı Beynəlxalq “Astana Mining & Metallurgy” Konqresində Belçika, Böyük Britaniya, Avropa İttifaqı, Kanada, Çin, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, İsveç və Cənubi Koreya da daxil olmaqla 16 ölkədən 1500-dən çox nümayəndə iştirak edir


