Tenqri
Ana Səhifə
Dünya

Qazaxıstan Astana-Frankfurt reysinin mühərrikində nasazlığı araşdırıb

ASTANA, Qazaxıstan, 8 may. Qazaxıstanın Nəqliyyat Nazirliyi Astana-Frankfurt reysi ilə bağlı aviasiya insidenti ilə bağlı araşdırma aparır 8 may 2026-cı il tarixində Air Astana şirkətinə məxsus Airbus A321 (qeydiyyat EI-KGJ) təyyarəsi ilə həyata keçirilən Astana-Frankfurt marşrutu üzrə KZR921 reys

0 baxıştrend.az
Qazaxıstan Astana-Frankfurt reysinin mühərrikində nasazlığı araşdırıb
Paylaş:

ASTANA, Qazaxıstan, 8 may. Qazaxıstanın Nəqliyyat Nazirliyi Astana-Frankfurt reysi ilə bağlı aviasiya insidenti ilə bağlı araşdırma aparır 8 may 2026-cı il tarixində Air Astana şirkətinə məxsus Airbus A321 (qeydiyyat EI-KGJ) təyyarəsi ilə həyata keçirilən Astana-Frankfurt marşrutu üzrə KZR921 reysinin icrası zamanı aviasiya hadisəsi baş verib Astana Beynəlxalq Hava Limanından yola salındıqdan az sonra uçuş heyəti mühərrik nasazlığına görə təcili PAN-PAN elan edib. Nəticədə, ekipaj alternativ eniş yeri kimi təyyarəni Aktobe hava limanına yönləndirməyi seçdi Təyyarədə doqquz ekipaj üzvü ilə yanaşı dörd uşaq və bir körpə olmaqla 93 sərnişin olub Airbus A321 yerli vaxtla saat 11:34-də Aktobe hava limanına təhlükəsiz eniş edib. Ekipaj fövqəladə hallar zamanı QRH (Quick Reference Handbook) prosedurlarına əməl etdi. Eniş etdikdən sonra təyyarə öz gücü ilə təyin olunmuş dayanacaqa getdi. Təyyarədə olanların hamısının təhlükəsizliyini təmin etmək üçün fövqəladə hallara cavab verən qruplar və müvafiq hava limanının yerüstü xidmətləri yerləşdirilib Hadisənin təyyarənin mühərrikində yaranan texniki nasazlıq ilə izah edilib. Hazırda təyyarədə xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur Aviasiya qəzaları və insidentləri barədə məlumat verilməsi və araşdırılması üzrə milli qaydalara uyğun olaraq, hadisə ciddi insident kimi tövsif edilib və Qazaxıstan Nəqliyyat Nazirliyi yanında Nəqliyyat Qəzalarının və İnsidentlərinin Araşdırılması Departamenti tərəfindən araşdırılacaq İlkin prosedurların aparılması və müvafiq məlumatların toplanması üçün sahəyə şöbədən müstəntiq göndəriləcəyi gözlənilir

Kaynak: trend.az

Diğer Haberler