Tokayev hesab edir ki, Qazaxıstan xarici investisiyaların cəlb edilməsində regionda liderdir
BAKI, Azərbaycan, 5 iyun. Trend -in prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazaxıstan xarici sərmayələrin cəlb edilməsi üzrə regional liderdir, - prezident Kasım-Jomart Tokayev Astanada "İnzibati ədalət mühakiməsi və onun qanunun aliliyinin təmin edilməsində rolu" adlı beynəl

BAKI, Azərbaycan, 5 iyun. Trend -in prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Qazaxıstan xarici sərmayələrin cəlb edilməsi üzrə regional liderdir, - prezident Kasım-Jomart Tokayev Astanada "İnzibati ədalət mühakiməsi və onun qanunun aliliyinin təmin edilməsində rolu" adlı beynəlxalq forumda çıxışı zamanı deyib Tokayevin sözlərinə görə, Qazaxıstan biznes fəaliyyətinin stimullaşdırılması üçün əlverişli hüquqi və institusional mühit, o cümlədən investisiya mübahisələrinin həlli mexanizmləri yaradır “Nəticədə indi məhkəmə qərarlarının 80%-ə qədəri investorların xeyrinə verilir Prezident hakimiyyət orqanları ilə işgüzar dairələr arasında konstruktiv əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, mövcud çağırışlar açıq şəkildə müzakirə edilməli və birgə səylərlə həll edilməlidir "Mən səlahiyyətli vəzifələrdə olan məmurlara hər hansı mübahisəli vəziyyətdə kompromislər axtarmağı tapşırıram. Eyni zamanda, həll yollarının axtarışı hüquq sisteminin tələblərinə zidd olmamalıdır. Başqa sözlə, istənilən razılaşma qanun çərçivəsində qalmalıdır", - Tokayev deyib O qeyd edib ki, investisiya axınını dəstəkləyən digər mühüm amil Astana Beynəlxalq Maliyyə Mərkəzinin tərkibində ingilis ümumi hüququ prinsipləri əsasında yaradılmış Məhkəmə və Beynəlxalq Arbitraj Mərkəzinin fəaliyyətidir Tokayev həmçinin hökumətin İnvestisiya Qərargahının və bu yaxınlarda yaradılmış İnvestorların Hüquqlarının Müdafiəsi Komitəsinin işini xüsusi qeyd edib ki, bu komitə investisiya mühitinin yaxşılaşdırılmasına və investorların problemlərinin həllinə yönəlib "Biznes və investisiya mühitinin yaxşılaşdırılmasında çox maraqlı olan dövlət kimi biz bu sahəni xüsusi nəzarətdə saxlayırıq. Hazırda Qazaxıstan xarici investisiyaların cəlb edilməsinə görə regiona liderlik edir", - prezident deyib


