Qazaxıstan Alatau şəhərinə xüsusi hüquqi status verir
ASTANA, Qazaxıstan, 8 may. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Alatau şəhərinin xüsusi hüquqi rejimi haqqında” Konstitusiya Qanununu imzalayıb Qanunun əsas məqsədi Alatau şəhərinin sürətli və davamlı inkişafı üçün şərait yaratmaqdır. Şəhərin unikal hüquqi statusu innovasiya, investisiya və

ASTANA, Qazaxıstan, 8 may. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Alatau şəhərinin xüsusi hüquqi rejimi haqqında” Konstitusiya Qanununu imzalayıb Qanunun əsas məqsədi Alatau şəhərinin sürətli və davamlı inkişafı üçün şərait yaratmaqdır. Şəhərin unikal hüquqi statusu innovasiya, investisiya və iqtisadi inkişaf üçün əlverişli müstəqil ekosistem yaratmağa yönəlmiş prinsipial yeni yanaşmanı təmsil edir Konstitusiya Qanunu Alatau üçün dövlət idarəçiliyinin yeni modelini təqdim edir və sahibkarlıq, gömrük prosedurları, rəqəmsal aktivlər, qumar fəaliyyəti, sosial sahə, maliyyə bazarı, memarlıq və şəhərsalma, ekologiya və ətraf mühitin mühafizəsi, mədəniyyət, idman və digər sektorların tənzimlənməsinə əsas yanaşmaları müəyyən edir Qanun həm də “Alatau sakini”nin hüquqi statusunu müəyyən edir ki, bu da şəhər rəhbərliyi tərəfindən bir neçə kateqoriya üzrə fiziki və hüquqi şəxslərə veriləcək. Status xüsusi rejimin tətbiq dairəsini, habelə müvafiq hüquq, öhdəlik və tələbləri müəyyən edəcək Şəhərin uzunmüddətli investisiya və texnoloji inkişafı strateji sənədlərə, o cümlədən uzunmüddətli inkişaf planına, baş plana və Alatau üçün inkişaf strategiyasına əsaslanacaq Təhlükəsizliyi və Alataunun “ağıllı şəhər” kimi effektiv işləməsini və inkişafını təmin etmək üçün infrastruktur obyektləri və ictimai təhlükəsizlik sistemləri ilə bağlı bütün məlumatlar vahid rəqəmsal şəhər idarəetmə platformasına inteqrasiya olunacaq Konstitusiya Qanunu həmçinin investisiya mühiti və investor zəmanətlərini, fiskal və vergi siyasətini, şəhərsalma və torpaq münasibətlərini tənzimləyir


