Qazaxıstan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir
ASTANA, Qazaxıstan, 14 may. Qazaxıstan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədirlər Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında çıxışı zamanı deyib "Bu məqsədə nail ol

ASTANA, Qazaxıstan, 14 may. Qazaxıstan və Türkiyə ikitərəfli ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq niyyətindədirlər Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasında çıxışı zamanı deyib "Bu məqsədə nail olmaq üçün aprelin 15-də Astanada İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclasında qəbul edilmiş 67 bəndlik Fəaliyyət Planının icrasını təmin etməyi vacib hesab edirik. İnvestisiya sahəsində şirkətlərə dəstəyimizi davam etdirəcəyik. İnanıram ki, bugünkü biznes forumu kimi tədbirlər iki ölkənin işgüzar dairələrini bir araya gətirərək, Türkiyənin iqtisadi inkişafı və Türkiyənin dərin iqtisadi əlaqələri baxımından böyük əhəmiyyət kəsb edir" Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə-Qazaxıstan əlaqələri genişləndirilmiş strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə möhkəmlənir Türkiyə prezidenti ümumxalq səsverməsi zamanı ictimai dəstək alan yeni Konstitusiyanın Qazaxıstanın birliyini daha da möhkəmləndirəcəyinə əminliyini ifadə edib


