Qazaxstanlılar internetdə söyüşə görə cərimələnə bilər - Bektenov
Qazaxıstan internetdə nalayiq ifadələrə görə inzibati məsuliyyət tətbiq edə bilər. Bunu baş nazir Oljas Bektenov maarifləndirici xarakter daşıyan təlim və tədbirlərdə ictimai söyüşdən istifadə faktlarına hüquqi və etik qiymət verilməsi ilə bağlı parlamentin sorğusuna cavab olaraq bildirib “Bu günə

Qazaxıstan internetdə nalayiq ifadələrə görə inzibati məsuliyyət tətbiq edə bilər. Bunu baş nazir Oljas Bektenov maarifləndirici xarakter daşıyan təlim və tədbirlərdə ictimai söyüşdən istifadə faktlarına hüquqi və etik qiymət verilməsi ilə bağlı parlamentin sorğusuna cavab olaraq bildirib “Bu günə qədər “Onlayn platformalar və kütləvi informasiya vasitələri ilə bağlı Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının qanun layihəsi hazırlanıb. Qanun layihəsi İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd olunan 434-cü maddəsi əlavə edilməklə onlayn platformalarda nalayiq ifadələrə görə inzibati məsuliyyətin müəyyən edilməsini nəzərdə tutur. Qanun layihəsinə bu il qanunverici orqan tərəfindən baxılacaq (qanunverici orqana bu ilin iyununda təqdim edilməsi planlaşdırılır)”, - Bektenov bildirib Hökumət başçısı xatırladıb ki, mövcud qanunvericilik artıq ictimai yerlərdə nalayiq ifadələrə və ictimai qaydanı pozan digər hərəkətlərə görə məsuliyyət nəzərdə tutur “Belə davranış iyirmi aylıq hesablama göstəricisi miqdarında cərimə və ya 20 saatdan 60 saatadək müddətə ictimai işlərə cəlb etmə və ya 5 gündən 15 günədək müddətə inzibati həbsə səbəb olur”, - deyə baş nazir qeyd edib Bektenovun sözlərinə görə, təklif olunan düzəlişlər oxşar qaydaları onlayn platformalara şamil edəcək. Qanun layihəsinin iyunda parlamentə təqdim edilməsi planlaşdırılır və ona bu ilin sonuna kimi baxılması gözlənilir


