Qazaxıstan Rusiyanın elektrik enerjisindən imtina edəcək
Qazaxıstan enerji potensialının inkişafı ilə əlaqədar 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etmək niyyətindədir. Bunu Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov mətbuat konfransı zamanı deyib Hazırda ölkə Rusiyadan ən çox elektrik enerjisi alanlard

Qazaxıstan enerji potensialının inkişafı ilə əlaqədar 2027-ci ildən etibarən Rusiyadan elektrik enerjisi tədarükündən imtina etmək niyyətindədir. Bunu Qazaxıstanın energetika nazirinin müavini Sunqat Yesimxanov mətbuat konfransı zamanı deyib Hazırda ölkə Rusiyadan ən çox elektrik enerjisi alanlardan biridir. 2025-ci ildə bu, ümumi tədarükün təxminən 60%-ni təşkil edirdi Rusiyadan tədarük həcmi ardıcıl olaraq azalır: 2024-cü ildəki 2,1 milyard kilovatsaatdan 2025-ci ildə 1,5 milyard kilovatsaatadək. 2026-cı ildə idxalın təxminən 1,2 milyard kilovatsaat olacağı gözlənilir


