Qazaxıstan 2026-cı ildə köçmək üçün ən yaxşı MDB ölkəsi seçilib
82 dövləti əhatə edən ümumi dünya reytinqində Qazaxıstan tədqiqata daxil olan regionun bütün ölkələrini qabaqlayaraq 53-cü yerdə qərarlaşıb Müqayisə üçün qeyd edək ki, postsovet məkanının digər dövlətləri daha aşağı sıralanıb, onların mövqeləri aşağıdakı kimi bölüşdürülüb: Rusiya, Belarus, Qırğız

82 dövləti əhatə edən ümumi dünya reytinqində Qazaxıstan tədqiqata daxil olan regionun bütün ölkələrini qabaqlayaraq 53-cü yerdə qərarlaşıb Müqayisə üçün qeyd edək ki, postsovet məkanının digər dövlətləri daha aşağı sıralanıb, onların mövqeləri aşağıdakı kimi bölüşdürülüb: Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ukrayna tədqiqata daxil edilməyib Reytinqin müəllifləri ölkələri 16 kateqoriyaya birləşdirilən 34 göstərici üzrə qiymətləndiriblər. Onların arasında təhlükəsizlik səviyyəsi, səhiyyə və təhsilin keyfiyyəti, ətraf mühit şəraiti, məşğulluq imkanları, yaşayış minimumu, mənzilin əlçatanlığı, ictimai nəqliyyatın inkişafı, ailələrə dəstək və böyük miqrant icmalarının olması daxildir Dünya reytinqinə İsveçrə başçılıq edir Remitly qeyd edir ki, indeks tərtib edilərkən təkcə iqtisadi göstəricilər deyil, həm də ümumi həyat keyfiyyəti, təhlükəsizlik, ailələr üçün rahatlıq və miqrantların uzunmüddətli inteqrasiya imkanları nəzərə alınıb Araşdırmaya görə, müasir miqrantlar üçün əsas meyarlar həyat keyfiyyəti, təhlükəsizlik, səhiyyə xidmətlərinə çıxış və uzunmüddətli gələcək qurmaq imkanları olaraq qalır. Məhz bu amillərin məcmusuna görə Qazaxıstan 2026-cı il reytinqində MDB-nin ən yaxşı ölkəsi olub


