Qazaxıstan Rusiya qazının Özbəkistan və Qırğızıstana tranzitini artırmağa hazırdır
Astana Rusiya qazının Özbəkistan və Qırğızıstana tranzitini artırmağa hazır olduqlarını bəyan edib. kapital.kz xəbər verir ki, bu barədə Qazaxıstan parlamentində jurnalistlərin suallarını cavablandıran energetika naziri Erlan Akkenjenov danışıb Nazirin sözlərinə görə, həcmlərin artırılması üçün he

Astana Rusiya qazının Özbəkistan və Qırğızıstana tranzitini artırmağa hazır olduqlarını bəyan edib. kapital.kz xəbər verir ki, bu barədə Qazaxıstan parlamentində jurnalistlərin suallarını cavablandıran energetika naziri Erlan Akkenjenov danışıb Nazirin sözlərinə görə, həcmlərin artırılması üçün heç bir texniki maneə yoxdur və lazımi infrastruktur artıq hazırlanıb Akkenjenov bildirib ki, ötən il Rusiya qazının Qazaxıstan ərazisindən Özbəkistana tranziti 4 milyard kubmetri, Qırğızıstana isə 500 milyon kubmetri keçib Nazir Rusiyadan Özbəkistana qaz tranzitinin mümkün artımı ilə bağlı xəbərlərə münasibət bildirib. O qeyd edib ki, Qazaxıstan tranzit ölkə kimi bu danışıqlarda iştirak etmir “Danışıqlar Özbəkistan və Rusiya tərəfləri arasında getdiyi üçün məndə təsdiqlənmiş məlumat yoxdur”, - deyə Erlan Akkenjenov əlavə edib Uzun illər Rusiya qazının ən böyük idxalçıları Avropa İttifaqı ölkələri idi, lakin 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalı başlayandan sonra alış dərəcələri bir neçə dəfə azaldı. Bunun fonunda Rusiya yanacaq satmaq üçün yeni yollar axtarır Rusiya qazının Qazaxıstan ərazisi ilə Özbəkistana tədarükü 2023-cü ilin payızında modernləşdirilmiş Mərkəzi Asiya - Mərkəz qaz nəqli sistemi vasitəsilə əks sxem işə salındıqdan sonra başlayıb. Əvvəlcə Rusiya ilə Özbəkistan arasında müqavilə ildə təqribən 2,8 milyard kubmetr qaz tədarükünü nəzərdə tutsa da, sonradan həcmlər artırılıb Mərkəzi Asiyanın ən böyük qaz istehsalçılarından biri statusuna malik olmasına baxmayaraq, Özbəkistan son illərdə daxili istehlakın artması və mövsümi yanacaq qıtlığı ilə, xüsusən də qış aylarında üzləşib. Artan tələb fonunda Daşkənd Rusiya və Türkmənistandan qaz idxalını artırır, eyni zamanda enerji infrastrukturunun modernləşdirilməsi proqramlarını həyata keçirir 2026-cı ilin aprelində Rusiya və Özbəkistan hökumətləri neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən Rusiya qazının tədarükünü artırmaq barədə razılığa gəliblər. Rusiya qazının Özbəkistana ixracının ildə 11 milyard kubmetrə qədər artırılması imkanının müzakirə edildiyi bildirilir ki, bu da Qazaxıstanda tranzit infrastrukturunun daha çox cəlb olunmasını tələb edir


