Kayseri Universitetinin rektoru: Şuşa Bəyannaməsi regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəddir
Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyinin əsaslarını rəsmiləşdirərək ortaq tarixi və mədəni irsə söykənən ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlərdən birinə çevrilib Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Kayseri Universitetinin rektoru, profess

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın strateji müttəfiqliyinin əsaslarını rəsmiləşdirərək ortaq tarixi və mədəni irsə söykənən ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələlərdən birinə çevrilib Bu fikri AZƏRTAC-ın müxbiri ilə söhbətində Türkiyənin Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa səsləndirib Onun sözlərinə görə, 2021-ci il iyunun 15-də imzalanan sənəd Ankara ilə Bakı arasında əməkdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirib, eyni zamanda regionda təhlükəsizlik, sabitlik və əməkdaşlığa yeni baxışın təməlini qoyub Universitet rəhbəri bildirib ki, Bəyannamə Türkiyə-Azərbaycan münasibətlərinin çoxtərəfli müttəfiqlik anlayışı əsasında daha da dərinləşməsinə şərait yaradıb. “Türk dünyasının tarixi və mədəni yaddaşı üçün xüsusi əhəmiyyət daşıyan, işğaldan azad edilmiş Şuşa şəhərində bu taleyüklü sənədin imzalanması böyük rəmzi məna daşıyır. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə keçirilən mərasim üçün məhz bu məkanın seçilməsi təsadüfi deyildi. Bu seçim ortaq tarixi irsi, mədəni davamlılığı və Türk dünyasında ortaq kimlik duyğusunu ifadə edirdi”, – deyə rektor bildirib K.Karamustafa Şuşa Bəyannaməsini Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı hərbi və diplomatik uğurların nəticəsində başlanmış yeni dövrün təməl sənədlərindən biri kimi dəyərləndirib “Bəyannamə həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası, iqtisadi inkişafı və sosial dirçəlişi məsələlərində Ankara ilə Bakı arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən strateji yol xəritəsi rolunu oynayır”, – deyə agentliyin həmsöhbəti vurğulayıb O qeyd edib ki, son beş ildə iki qardaş ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılan uğurlu addımlar Şuşa Bəyannaməsinin uzunmüddətli strateji sənəd olduğunu bir daha təsdiqləyib “Bəyannamə tarixi yaddaşı gələcəyə daşıyır, regional sülh və sabitlik üçün mühüm istiqamətverici sənəd olaraq qalır və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə xidmət edir. İki qardaş xalqın sarsılmaz birliyinin təcəssümü olan Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ildönümündə səmimi qəlbdən ümid edirəm ki, bu sənəd bundan sonra da Türk dünyasının inteqrasiyasına, regional sabitliyə və beynəlxalq sülhə töhfə verməyə davam edəcək”, – deyə Kayseri Universitetinin rektoru bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


