Tenqri
Ana Səhifə
Siyasət

Kayrat Sarıbay Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib - YENİLƏNİB

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə Azərbaycanın AQEM-dəki liderliyini yüksək qiymətləndirib Bu ba

0 baxışreport.az
Kayrat Sarıbay Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib - YENİLƏNİB
Paylaş:

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşündə Azərbaycanın AQEM-dəki liderliyini yüksək qiymətləndirib Bu barədə "Report" Sarıbayın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir "Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Azərbaycanın AQEM-dəki güclü liderliyini, o cümlədən təşkilatın transformasiyasındakı mühüm irəliləyişi yüksək qiymətləndirdim. Qarşıdan gələn AQEM sammitinə və AQEM Media Forumuna hazırlıq məsələlərini müzakirə etdik", - o yazıb Sarıbay, həmçinin Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovla görüşüb, tərəflər AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə ediblər "Güclü gənclər təşəbbüslərinə əsaslanaraq, AQEM Gənclər Şurasının 9-cu iclasına hazırlığı müzakirə etdik. Gənclər gündəliyini necə genişləndirmək, o cümlədən peşə təhsili sahəsində ən yaxşı təcrübələr və könüllülükdə gənclərin rolu barədə fikir mübadiləsi apardıq", - o qeyd edib Met w/ HE Hikmet Hajiyev, Head of Foreign Policy Affairs Dept of Presidential Administration of #AzerbaijanAppreciate strong leadership of #Azerbaijan in #CICA, incl. substantial progress on #CICATransformationDiscussed preparations for upcoming #CICASummit & #CICAMediaForum pic.twitter.com/WgT2AIWG6M— Kairat Sarybay (@KairatSarybay) April 13, 2026 Met w/ HE Hikmet Hajiyev, Head of Foreign Policy Affairs Dept of Presidential Administration of #AzerbaijanAppreciate strong leadership of #Azerbaijan in #CICA, incl. substantial progress on #CICATransformationDiscussed preparations for upcoming #CICASummit & #CICAMediaForum pic.twitter.com/WgT2AIWG6M Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla təşkilat çərçivəsində əməkdaşlığı müzakirə edib Bu barədə "Report" Sarıbayın "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir "Bakıda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfovla səmərəli fikir mübadiləsi apardıq. AQEM Nizamnaməsi layihəsinin irəlilədilməsini müzakirə etdik, təşkilatın möhkəmləndirilməsi üçün qarşılıqlı fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğuladıq. Dəyişən qlobal vəziyyət fonunda etimadın möhkəmləndirilməsi tədbirlərinin əhəmiyyətini qeyd etdik", - Baş katib yazıb Productive exchange w/ HE Khalaf Khalafov, Special Envoy to President of #Azerbaijan in #BakuDiscussed advancing draft #CICACharter, underscoring importance of continued engagement to strengthen #CICAHighlighted importance of confidence building amid evolving global landscape pic.twitter.com/XtOtLOBMc5— Kairat Sarybay (@KairatSarybay) April 13, 2026 Productive exchange w/ HE Khalaf Khalafov, Special Envoy to President of #Azerbaijan in #BakuDiscussed advancing draft #CICACharter, underscoring importance of continued engagement to strengthen #CICAHighlighted importance of confidence building amid evolving global landscape pic.twitter.com/XtOtLOBMc5 Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Kayrat Sarıbay Azərbaycanın AQEM-də liderliyini yüksək qiymətləndirib - YENİLƏNİB | Tenqri