Tenqri
Ana Səhifə
Dünya

Kaya Kallasın Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji xarakter daşıdığını göstərir ŞƏRH

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri bir daha göstərdi ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız regional aktor deyil, həmçin

0 baxışazertag.az
Kaya Kallasın Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji xarakter daşıdığını göstərir ŞƏRH
Paylaş:

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfəri bir daha göstərdi ki, müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan artıq yalnız regional aktor deyil, həmçinin Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyan mühüm tərəfdaşlardan biridir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətləri, geosiyasi sabitlik və çoxtərəfli əməkdaşlıq kontekstində Bakı ilə Brüssel arasında münasibətlər qarşılıqlı maraqlar əsasında yeni mərhələyə daxil olub. Bu dinamikanın əsasını isə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən praqmatik, balanslaşdırılmış və milli maraqlara əsaslanan xarici siyasət kursu təşkil edir Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Aytən Qurbanova söyləyib O bildirib ki, bu nöqteyi-nəzərdən yanaşdıqda, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfəri təsadüfi diplomatik addım deyil. Bu səfər Avropa İttifaqının dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanla əməkdaşlığa artan ehtiyacının göstəricisidir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi məsələsi prioritet xarakter alıb və bu kontekstdə Azərbaycan etibarlı enerji tərəfdaşı kimi ön plana çıxıb. Həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi artıq Avropanın enerji xəritəsinin ayrılmaz hissəsinə çevrilib. Bu layihə yalnız iqtisadi deyil, eləcə də ciddi siyasi-strateji əhəmiyyət daşıyır. Hazırda Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Azərbaycan artıq sübut edib ki, ölkəmiz siyasi şərtlərdən asılı olmayan, etibarlı və uzunmüddətli tərəfdaş modelini təqdim edir. Bu isə Avropa İttifaqının Azərbaycana münasibətində yeni siyasi realizm formalaşdırır. Digər mühüm məqam isə ondan ibarətdir ki, Azərbaycan Avropa ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsipini qətiyyətlə müdafiə edir. "Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin əsas xüsusiyyətlərindən biri məhz milli suverenliyin və dövlət maraqlarının prioritet kimi qorunmasıdır. Azərbaycan heç bir güc mərkəzinin təsiri altına düşmədən çoxtərəfli əməkdaşlıq modelini inkişaf etdirərək qlobal sistemdə öz maraqlarını qətiyyətlə müdafiə etməyə müvəffəq olan önəmli aktora çevrilib. Digər tərəfdən isə bu siyasət həm Qərb, həm Türk dünyası, həm də region ölkələri ilə münasibətlərdə balans yaratmağa imkan verib Azərbaycanın tranzit və logistika imkanları Avropa İttifaqı üçün ciddi əhəmiyyət daşıyır “Kaya Kallasın səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri də regional təhlükəsizlik və postmünaqişə dövründə əməkdaşlıq perspektivləri idi. Azərbaycan 2020-ci ildən sonra regionda yeni geosiyasi reallıq formalaşdırıb və artıq Cənubi Qafqazda sülh gündəliyinin əsas müəllifi kimi çıxış edir. Beləliklə, ölkəmiz kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və regional əməkdaşlıq modelini təşviq edir. Avropa İttifaqının da regionda sabitlikdə maraqlı olması Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Burada diqqət çəkən əsas məqamlardan biri ondan ibarətdir ki, Avropa İttifaqı artıq Azərbaycanla münasibətlərə əvvəlki kimi yalnız normativ yanaşma prizmasından baxmır. Mövcud geosiyasi reallıq Brüsseli daha praqmatik siyasət yürütməyə məcbur edir. Çünki Avropa üçün enerji təhlükəsizliyi, Orta Dəhliz layihəsi, Xəzər regionuna çıxış və Mərkəzi Asiya ilə əlaqələr baxımından Azərbaycanın rolu əvəzolunmazdır. Xüsusilə Orta Dəhlizin aktuallaşması Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirib. Çin-Avropa ticarət marşrutunda Azərbaycanın tranzit və logistika imkanları Avropa İttifaqı üçün ciddi əhəmiyyət daşıyır. Ölkəmiz son illərdə nəqliyyat infrastrukturu, liman imkanları və beynəlxalq logistika şəbəkəsinin inkişafı istiqamətində mühüm addımlar atıb. Bu siyasət nəticəsində Azərbaycan Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin uzunmüddətli strateji baxışının nəticəsi kimi qiymətləndirilməlidir", - deyə A.Qurbanova vurğulayıb Politoloqun sözlərinə görə, bu gün Azərbaycan yalnız enerji ixrac edən dövlət deyil, eləcə də regional təhlükəsizlik, nəqliyyat, diplomatiya və beynəlxalq əməkdaşlıq sahəsində söz sahibi olan güclü aktordur. Ona görə də Kaya Kallasın Bakıya səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləyən mühüm hadisə olaraq dəyərləndirilə bilər. Mövcud əməkdaşlıq modeli qarşılıqlı maraqlar, siyasi realizm və praqmatik tərəfdaşlıq prinsiplərinə əsaslanır. Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti isə ölkəmizi qlobal geosiyasi proseslərdə etibarlı və təsirli tərəfdaş kimi möhkəmləndirir. Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müdrik diplomatik kurs ölkəmizin beynəlxalq mövqelərini daha da gücləndirərək Azərbaycanın strateji əhəmiyyətini artırmağa davam edir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler