Kaxaber Sxadadze: "Pley-off matçına ciddi hazırlaşmalıyıq"
"Qəbələ" Azərbaycan Premyer Liqasının pley-off oyununa ciddi hazırlaşacaq "Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Şamaxı"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib "Futbolçuları qələbə münasibə

"Qəbələ" Azərbaycan Premyer Liqasının pley-off oyununa ciddi hazırlaşacaq "Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Kaxaber Sxadadze Misli Premyer Liqasının sonuncu - XXXIII turunda "Şamaxı"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib "Futbolçuları qələbə münasibətilə təbrik edirəm. Turnir cədvəli baxımından oyunun ciddi əhəmiyyəti yox idi. Amma azarkeşləri sevindirmək istəyirdik. Sona qədər dəstək olduqları üçün onlara təşəkkür edirəm. Gözəl qollar vurduq. Amma pley-off matçından öncə heç bir halda arxayınlaşmaq olmaz. Qarşıdakı oyuna ciddi hazırlaşmalıyıq" Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən "Qəbələ" - "Şamaxı" oyunu ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


