Tenqri
Ana Səhifə
Dünya

Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr

Rusiyada “terrorizmi haqlı çıxarmaqda” ittiham olunan 64 yaşlı siyasi məhbus Oleq Tırışkin həbsxanada vəfat edib. Publika.az xəbər verir ki, Rusiya mediası Tırışkinin ailəsi və tərəfdarları ilə yazışmalarına istinadən onun “ürəktutması”ndan öldüyünü yazır. “OVD info” Tırışkinin ölümünün təxminən bir

0 baxışpublika.az
Kasparovun adamı həbsxanada öldü - Rusiyada müəmmalı hadisələr
Paylaş:

Rusiyada “terrorizmi haqlı çıxarmaqda” ittiham olunan 64 yaşlı siyasi məhbus Oleq Tırışkin həbsxanada vəfat edib. Publika.az xəbər verir ki, Rusiya mediası Tırışkinin ailəsi və tərəfdarları ilə yazışmalarına istinadən onun “ürəktutması”ndan öldüyünü yazır. “OVD info” Tırışkinin ölümünün təxminən bir ay əvvəl baş verdiyini dəqiqləşdirib. Onun harada öldüyü isə dəqiq məlum deyil. “Novaya Gazeta Europa”ya danışan mənbələr siyasi məhbusun Kemerovo həbsxanasının xəstəxanasında ölmüş ola biləcəyini deyib. Məlumata görə, onun cəsədi Kemerovadan 80 kilometr şimalda yerləşən Anjero-Sudjenskdə basdırılıb. Keçmiş mədənçi olan Tırışkin mədənçiləri həmkarlar ittifaqının lideri və Bakı erməsi olan şahmatçı Harri Qasparovun təsis etdiyi “Birləşmiş Vətəndaş Cəbhəsi”nin Kemerova şöbəsinin rəhbəri olub. O, 2023-cü ilin martında xəstəxanada müalicə alarkən həbs edilib. Cinayət işi “Vkontakte” sosial şəbəkəsində Əhməd Kadırovun ölümü ilə bağlı yazdığı “onu partlatdılar – buna layiq idi, o, çoxlu rus əsgərini öldürdü” şərhindən sonra başlayıb. 2024-cü ilin dekabrında Xabarovks məhkəməsi Tırışkini Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (terrorizmin əsaslandırılması) ilə təqsirli bilib və ümumi rejimli cəza koloniyasında iki il müddətində azadlıqdan məhrum edib. Onun beyin kistası və panik atak da daxil olmaqla bir sıra sağlamlıq problemləri vardı. Aprelin 24-də “Rosfinmonitoring” Tırışkini “terrorçular və ekstremistlər” siyahısından çıxardı. Onun bu ilin dekabrında azad olunacağı planlaşdırılırdı. “Novaya Europa”nın məlumatına görə, Tırışkinin vəfatı son iki ayda dördüncü siyasi məhbusun ölümüdür. Müharibə əleyhinə yazılarına görə həbs edilmiş Vladimir Osipov martın sonunda təcridxanada vəfat edib. Sosial şəbəkələrdə şərhinə görə həbs edilən 53 yaşlı rəssam Andrey Akuzin aprelin 8-də təcridxanada intihar edib. “Dindarları təhqir ermək” və “nasizmi dəstəkləmək”də ittiham olunan 43 yaşlı bloqer Kristolyub Bojiy (əvvəlki adı Dmitri Kuznetsov olub) həbsxanada ölüb. Rusiyada siyasi məhbusların ard-arda müəmmalı ölümü şübhə ilə qarşılanır. Asif Putin keçmiş baş nazirin nəvəsini vəzifəsindən azad etdi - FOTO Ermənistanda 9 min təşkilat Rusiyaya qarşı işləyir – Şok statistika Rusiya səmasında gərgin gecə: Yüzlərlə PUA və raket Türkiyədə keçiriləcək NATO sammitində Ukrayna da təmsil olunacaq Dünya nüvə terrorizminin davam etməsinə imkan verməməlidir - Zelenski Yaroslavlda neft emalı zavodu vuruldu Benzin və dizellə bağlı qərar: 200 manatdan 1 manata endirildi Qlobal bazarda təşviş: Ehtiyatlar kəskin azalır, qiymətlər artır Qəbələdə İlham Əliyevin adından Andrey Babişin şərəfinə rəsmi lanç verildi Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək Makronun Türkiyəyə qarşı ittifaqı Yunanıstanı silkələdi: Ölkə müharibəyə sürüklənir "Neftçi" azarkeşlərinin Qurban Qurbanova qarşı nalayiq davranışına Musadan reaksiya May ayının istirahət günləri açıqlandı

Kaynak: publika.az

Diğer Haberler