Tenqri
Ana Səhifə
Dünya

Kart ödənişlərində komissiyalara limit qoyuldu

Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi yeni qərara əsasən, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq olunan xidmət haqqı tariflərinin yeni həddi müəyyənləşib. Belə ki, həmin təşkilatların iştirakçıları üzrə interçeync haqlarının (xidmət haqqı tariflərinin) yuxarı həddi təyin olunub. Bu

0 baxış525.az
Kart ödənişlərində komissiyalara limit qoyuldu
Paylaş:

Mərkəzi Bankın İdarə Heyətinin qəbul etdiyi yeni qərara əsasən, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq olunan xidmət haqqı tariflərinin yeni həddi müəyyənləşib. Belə ki, həmin təşkilatların iştirakçıları üzrə interçeync haqlarının (xidmət haqqı tariflərinin) yuxarı həddi təyin olunub. Bu o deməkdir ki, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlarda banklararası komissiyanın maksimal faizi fəaliyyət sahəsinə görə məhdudlaşdırılır və xidmət haqqı tariflərinin yeni komissiya həddi müəyyənləşir. Xüsusilə də ticarət, xidmət və s. əməliyyatlarda kartdan istifadə edən şəxslərə həmin xidməti göstərən tərəf, yəni ödəniş təşkilatları tərəfindən yeni komissiyalar tətbiq olunacaq Kartla ödəniş zamanı üç əsas tərəf iştirak edir: kartı təqdim edən bank, ödənişi qəbul edən tərəfin bankı və ödəniş sistemi. Müştəri kart vasitəsilə ödəniş etdikdə ekvayer bank əməliyyatı icra edir və müəyyən faiz həcmində vəsaiti emitent banka ötürür. Məhz bu məbləğ interçeync komissiyası adlanır İnterçeync haqqı adətən əməliyyat məbləğinin kiçik bir hissəsini təşkil edir və onun səviyyəsi ölkədən, kart növündən və əməliyyatın xüsusiyyətlərindən asılı olaraq dəyişir. Bu komissiya əsasən ticarət obyektləri tərəfindən ödənilir. Nəticə etibarilə, interçeync birbaşa vətəndaşdan tutulmasa da, ticarət obyektləri bu xərcləri qiymətlərə daxil edə bildiyindən dolayı şəkildə istehlakçılara təsir göstərə bilər Son dövrlər xüsusilə pərakəndə ticarətlə məşğul olan sahibkarlar məhz interçeync və POS-terminallardan istifadə haqlarının yüksək olduğunu bildirirdilər. Aparılan monitorinqlər də göstərirdi ki, bu tariflərin yüksək olması sahibkarın xərcinə, xüsusən də kiçik və orta sahibkarların fəaliyyətinə təsir göstərir. Çünki pərakəndə ticarətlə məşğul olan sahibkarlar bu xərcləri praktik olaraq digər kiçik sahibkarlara transfer edirlər. Bu addım müəyyən mənada sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, bir bankın kartı ilə digər bankın POS-terminalında ödəniş aparıldıqda banklar arasında qarşılıqlı hesablaşma həyata keçirilir və bu prosesdə müəyyən komissiyalar ödənilir: "Bu vəsaitin bir hissəsi "Visa", "Mastercard" və digər beynəlxalq ödəniş sistemlərinə yönəldilir. Mərkəzi Bankın bu sahədə limit müəyyənləşdirməsinin əsas məqsədi POS-terminal şəbəkəsinin genişlənməsinə şərait yaratmaq və həddindən artıq komissiyaların tətbiqinin qarşısını almaqdır. Kart ödənişləri ilə bağlı xərclər son nəticədə vəsaiti qəbul edən sahibkarların üzərinə düşdüyündən bəzi ticarət və xidmət obyektləri zaman-zaman nağdsız ödənişlərdən yayınmağa çalışırlar. Müəyyən edilən limitlər bazarda şəffaflığın artırılmasına, bəzi bankların yüksək komissiya siyasətinin məhdudlaşdırılmasına və banklararası hesablaşmaların daha aydın qaydalarla tənzimlənməsinə imkan yaradır. Əsas məqsəd sahibkarların kartla ödənişlərin qəbuluna marağını artırmaq, nağdsız ödənişlərin genişlənməsinə şərait yaratmaq və mövcud maneələri azaltmaqdır" İndiyə qədər interçeync faizləri bankların daxili tarif siyasətinə uyğun dəyişirdi və daha yüksək diapazonda tətbiq olunurdu. Yeni qərarla komissiyalara yuxarı limit qoyulur. Nəticədə bu dəyişiklik sahibkarlıq subyektlərinin banklara ödədiyi xərci azaldacaq, kartla ödənişdən yayınma hallarını minimuma endirəcək, nağdsız ödənişləri daha cəlbedici edəcək, habelə tariflərin daha şəffaf olmasına şərait yaradacaq Ekspert qeyd edib ki, dəyişikliklərin vətəndaşlara dolayı təsirlərindən biri bankların loyallıq proqramları ilə bağlı ola bilər: "Keşbek və bonus proqramlarının maliyyə mənbələrindən biri də bu cür komissiyalardır. Komissiyalara yuxarı hədd qoyulması gələcəkdə bəzi bankların keşbek və bonus proqramlarını azaltmasına təsir göstərə bilər. Son dövrlərdə keşbek faizlərinin aşağı salınması tendensiyası da müşahidə olunur. Ümumilikdə kart əməliyyatları üzrə xərclərin azalması və sabit yuxarı hədlərin müəyyənləşdirilməsi nağdsız hesablaşmaların artmasına, sahibkarların kart ödənişlərindən imtina hallarının azalmasına və bazarda daha ədalətli rəqabət mühitinin formalaşmasına xidmət edəcək" İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, kart ödənişləri üzrə yeni komissiya limitlərinin qüvvəyə minməsi bank və ticarət sektorunda xərclərin yenidən bölüşdürülməsinə təsir göstərəcək: "İnterçeyncin yuxarı həddinin müəyyənləşdirilməsi o deməkdir ki, bəzi sahələrdə kartla ödənişlər zamanı tətbiq olunan xidmət haqqı artıq sabit çərçivəyə salınıb. Ərzaq mağazaları, supermarketlər və apteklər kimi gündəlik istifadə edilən sahələrdə komissiyanın 1.25 faizlə məhdudlaşdırılması bu sektorda əməliyyat xərclərini müəyyən qədər sabitləşdirə bilər. Yanacaq satışında daha aşağı həddin tətbiqi isə bu sahədə ödənişlərin nisbətən daha ucuz başa gəlməsi ilə nəticələnə bilər" Bəzi xidmət sahələrində konkret limitin müəyyən edilməməsinə gəldikdə, ekspertin fikrincə, bu, banklar və ödəniş sistemləri arasında fərqli tarif siyasətinin davam edəcəyini göstərir: "Bu isə bəzi sektorlarda xərclərin əvvəlki kimi dəyişkən qalmasına səbəb ola bilər. Ümumilikdə bu qərar istehlakçılara birbaşa deyil, daha çox dolayı təsir göstərəcək. Yəni qiymətlərdə kəskin dəyişikliklərdən çox, ödəniş infrastrukturunun xərclərində tənzimlənmə və bazarda müəyyən stabilləşmə müşahidə oluna bilər" Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bu dəyişikliklərin vətəndaşlar üçün müsbət nəticələr verməsi ehtimalı yüksəkdir və bu, həmçinin bankların müştərilərdən aldıqları bəzi komissiya haqlarının azalmasına səbəb ola bilər: "Vətəndaş hər hansı bank kartı ilə ödəniş etdikdə, əməliyyat ödəniş sistemi vasitəsilə bir bankdan digər banka ötürülür. Bu proses zamanı banklar arasında müəyyən komissiya haqqı tutulur. Məhz interçeync limitləri həmin komissiya haqqına tətbiq olunan məhdudiyyətdir"

Kaynak: 525.az

Diğer Haberler