Tenqri
Ana Səhifə
Dünya

Kanadanın baş məşqçisi Cesse Marş: "Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq"

Kanada futbol üzrə DÇ-2026-da Bosniya və Herseqovinaya qarşı keçirdiyi matçdan nəticə çıxarmalıdır "Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Kanada millisinin baş məşqçisi Cesse Marş deyib "Oyunda nəzarəti ələ aldığımızı hiss edirdik. Meydana əvəzetmədən daxil olan futbolçular də matçın gedi

0 baxışreport.az
Kanadanın baş məşqçisi Cesse Marş: "Bosniya və Herseqovina ilə oyundan düzgün nəticə çıxarmalıyıq"
Paylaş:

Kanada futbol üzrə DÇ-2026-da Bosniya və Herseqovinaya qarşı keçirdiyi matçdan nəticə çıxarmalıdır "Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Kanada millisinin baş məşqçisi Cesse Marş deyib "Oyunda nəzarəti ələ aldığımızı hiss edirdik. Meydana əvəzetmədən daxil olan futbolçular də matçın gedişatını dəyişdi. İkinci su fasiləsi zamanı futbolçulara rəqibi sıxışdırdığımızı və təzyiqi bir qədər də artırmalı olduğumuzu dedim. İlk hissədən razı qalmadım. Aqressiv oynamırdıq. Fasilədən sonra bu barədə danışdıq və ikinci hissədə meydançaya çıxdığımız andan etibarən tamamilə fərqli komanda idik. Ancaq bugünkü oyundan düzgün nəticə çıxarmalıyıq. Mübarizəmizi davam etdirəcəyik" Qeyd edək ki, Kanada - Bosniya və Herseqovina oyunu 1:1 hesablı heç-heçə ilə yekunlaşıb Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler