Kamran Əliyev: Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı qanunvericilikdə xüsusi humanist yanaşma tətbiq olunur VİDEO
Azərbaycan qanunvericiliyində yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi xüsusi yer tutur və bu sahədə onların yaş xüsusiyyətləri nəzərə alınmaqla ayrıca hüquqi mexanizmlər müəyyən edilib. Cinayət və cinayət-prosessual qanunvericilikdə uşaqlarla bağlı xüsusi normaların təsbit olunmas

Azərbaycan qanunvericiliyində yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi xüsusi yer tutur və bu sahədə onların yaş xüsusiyyətləri nəzərə alınmaqla ayrıca hüquqi mexanizmlər müəyyən edilib. Cinayət və cinayət-prosessual qanunvericilikdə uşaqlarla bağlı xüsusi normaların təsbit olunması da məhz bu yanaşmadan irəli gəlir AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslərin hüquqi statusu müəyyən edilərkən onların psixoloji və sosial xüsusiyyətləri nəzərə alınır "Azərbaycan Respublikasının cinayət qanunvericiliyində yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə xüsusi humanist yanaşma mövcuddur. Qanunvericilikdə müəyyən olunub ki, yetkinlik yaşına çatmayan şəxslərə təyin edilən cəza törədilən cinayətin xarakterindən asılı olmayaraq, müəyyən edilmiş hədlər çərçivəsində tətbiq olunur. Məsələn, onlara təyin edilən azadlıqdan məhrumetmə cəzasının müddəti 10 ildən artıq ola bilməz. Bu yanaşma onların yaş xüsusiyyətlərinin nəzərə alınmasının nəticəsidir”, – deyə Baş prokuror bildirib Kamran Əliyev vurğulayıb ki, cinayət-prosessual qanunvericilikdə də yetkinlik yaşına çatmayan şəxslər üçün əlavə təminatlar nəzərdə tutulub: “Onların təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və ya şahid qismində dindirilməsi zamanı xüsusi prosedurlar tətbiq edilir və əlavə hüquqi təminatlar yaradılır. Bu imtiyaz və təminatlar qanunvericiliyin humanist mahiyyətindən irəli gəlir və uşaqların hüquqlarının daha etibarlı müdafiəsinə xidmət edir” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


