Tenqri
Ana Səhifə
Dünya

Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir

Uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi və ictimai maraqların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir AZƏRTAC xəbər verir ki, bu fikirləri B

0 baxışazertag.az
Kamran Əliyev: Uşaqların hüquqlarının qorunması prokurorluq orqanlarının fəaliyyətində prioritet istiqamətlərdən biridir
Paylaş:

Uşaqların hüquqlarının qorunması, onların təhlükəsiz mühitdə böyüməsinin təmin edilməsi və ictimai maraqların müdafiəsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, 2020-ci ildən Baş Prokurorluğun strukturunda Cinayət təqibindən kənar icraatlar idarəsi fəaliyyət göstərir "Cəmiyyətdə bu idarənin mahiyyəti tam şəkildə anlaşılmır. Əslində, Cinayət təqibindən kənar icraatlar idarəsini ictimai maraqların qorunması idarəsi kimi də xarakterizə etmək olar. Bu idarənin əsas məqsədi ictimai maraqların, o cümlədən uşaqların və qadınların hüquqlarının müdafiəsinin təmin edilməsidir. Təbii ki, bütün prokurorluq orqanları bu istiqamətdə fəaliyyət göstərir. Lakin məhz həmin idarə tərəfindən bu sahədə görülən işlərin koordinasiyası həyata keçirilir”, – deyə Baş prokuror bildirib O qeyd edib ki, 2024-cü ildə Baş Prokurorluğun təşəbbüsü ilə müvafiq qanunvericilik dəyişiklikləri həyata keçirilib və bu təşəbbüs ölkə rəhbərliyi tərəfindən dəstəklənib "Aparılmış dəyişikliklər nəticəsində prokurorluq orqanlarına valideynlik hüququndan məhrumetmə və ya valideynlik hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəmələrdə mülki iddialar qaldırmaq səlahiyyəti verilib Baş prokuror vurğulayıb ki, valideynlik hüququndan məhrumetmə sonuncu tədbir kimi tətbiq olunur. Prokurorluq orqanları belə iddiaların qaldırılmasında maraqlı tərəf deyil və bu addımlar yalnız zərurət yarandıqda atılır. Bu, kifayət qədər ağır və həssas prosesdir. Belə iddialar qaldırılmazdan əvvəl bütün hallar ətraflı araşdırılır 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler