Tenqri
Ana Səhifə
Dünya

Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir

Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. Beynəlxalq müqayisələr göstərir ki, bu sahədə ölkəmizdə vəziyyət bir sıra dövlətlərlə müqayisədə daha qənaətbəxşdir AZƏRTAC xəbər verir ki

0 baxışazertag.az
Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir
Paylaş:

Azərbaycanda uşaqların hüquqlarının müdafiəsi və onların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. Beynəlxalq müqayisələr göstərir ki, bu sahədə ölkəmizdə vəziyyət bir sıra dövlətlərlə müqayisədə daha qənaətbəxşdir AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib Onun sözlərinə görə, uşaqların hüquqlarının qorunması sahəsində görülən işlər və əldə olunan nəticələr ümumilikdə müsbət qiymətləndirilə bilər Kamran Əliyev bildirib ki, 2025-ci ilə dair statistik göstəricilərə əsasən, 18 yaşına çatmamış 478 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Eyni zamanda, həmin dövrdə 18 yaşına çatmamış 784 nəfər cinayət hadisələri üzrə zərərçəkmiş qismində tanınıb “Rəqəmlər digər ölkələrlə müqayisədə elə də həyəcanverici görünməyə bilər. Lakin istənilən neqativ hal, uşaqlarla bağlı baş verən hər hansı cinayət hadisəsi bizi ciddi şəkildə narahat edir. Bizim məqsədimiz yalnız statistik göstəricilərin yaxşılaşdırılması deyil, uşaqların hüquqlarının etibarlı qorunmasını təmin etməkdir”, – deyə Kamran Əliyev bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler