Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır
Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır, xalqımızın yaddaşında xüsusi yer tutur. Bu gün sənətkarın anım günüdür. Bu münasibətilə ölkənin bir çox mədəniyyət ocağında və onun adını daşıyan Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müxtəlif tədbirlər təşkil

Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır, xalqımızın yaddaşında xüsusi yer tutur. Bu gün sənətkarın anım günüdür. Bu münasibətilə ölkənin bir çox mədəniyyət ocağında və onun adını daşıyan Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında müxtəlif tədbirlər təşkil olunur Bunu AZƏRTAC-a açıqlamasında Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev söyləyib O, teatrda Rəşid Behbudovun xatirəsinə həsr olunmuş otağın fəaliyyət göstərdiyini bildirərək deyib: “Ekspozisiyada sənətkarın şəxsi əşyaları, sənədləri və yaradıcılığı ilə bağlı materiallar yer alır. Burada eksponatlar mütəmadi olaraq yenilənir. Rəşid Behbudovun irsi olduqca zəngin olduğundan bütün materialları eyni vaxtda nümayiş etdirmək mümkün deyil. Buna görə də ekspozisiya ildə iki dəfə – dekabrın 14-də (doğum günü) və iyunun 9-da (anım günü) yenilənir. Hazırda təqdim olunan eksponatlar arasında afişalar, kiçik radioqəbuledici, sənətkarın istifadə etdiyi kitablar, o cümlədən “Qurani-Kərim”, müxtəlif sənədlər, qeydlər və ona bəxşiş edilmiş əşyalar yer alır” Kamil Şahverdiyev qeyd edib ki, bütün bu eksponatlar Rəşid Behbudovun zəngin yaradıcılığını və həyat yolunu əks etdirir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


