Tenqri
Ana Səhifə
Dünya

Kallas: Aİ Hörmüz boğazında dəniz əməliyyatının genişləndirilməsini nəzərdən keçirir

Avropa İttifaqı (Aİ) ölkələrinin mayın 12-də müdafiə nazirlərinin iclasında UNIFIL-in (Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələri) mandatı başa çatdıqdan sonra Livanda yeni Avropa missiyasının yaradılması, eləcə də Hörmüz boğazında dəniz əməliyyatının genişləndirilməsi müzakirə olu

0 baxışreport.az
Kallas: Aİ Hörmüz boğazında dəniz əməliyyatının genişləndirilməsini nəzərdən keçirir
Paylaş:

Avropa İttifaqı (Aİ) ölkələrinin mayın 12-də müdafiə nazirlərinin iclasında UNIFIL-in (Livanda Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələri) mandatı başa çatdıqdan sonra Livanda yeni Avropa missiyasının yaradılması, eləcə də Hörmüz boğazında dəniz əməliyyatının genişləndirilməsi müzakirə olunacaq "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Brüsseldə Aİ-nin Müdafiə Şurasının iclasından əvvəl bildirib Kallasın sözlərinə görə, Aİ ölkələri Yaxın Şərqdə artan qeyri-sabitlik fonunda Livan silahlı qüvvələrinə dəstəyi gücləndirmək variantlarını nəzərdən keçirirlər "Avropalılar Livan silahlı qüvvələrini dəstəkləmək üçün yeni missiya yaratmağa hazırdır", - o jurnalistlərə deyib və əlavə edib ki, hazırkı UNIFIL missiyasının yeni Avropa formatı ilə əvəz olunması imkanı müzakirə edilir Görüşün ikinci əsas mövzusu Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi, həmçinin Aİ-nin "Aspides" hərbi-dəniz əməliyyatının gələcəyi olacaq Kallas həmçinin bildirib ki, Aİ artıq Fars körfəzi ölkələri ilə hazırkı münaqişə başa çatdıqdan sonra Yaxın Şərqdəki gələcək təhlükəsizlik arxitekturası barədə məsləhətləşmələr aparır Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler