Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə bəzi yerlərdə duman olacağı ehtimalı var. Şimal-şərq küləyi gün ərzində cənub-şərq küləyi

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir Day.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə bəzi yerlərdə duman olacağı ehtimalı var. Şimal-şərq küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəz olunacaq Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-29° isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-65 faiz, gündüz 45-50 faiz təşkil edəcək Azərbaycanın əksər rayonlarında yağıntı gözlənilmir. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda bəzi yerlərdə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək Havanın temperaturu gecə 15-19° isti, gündüz 27-32° isti təşkil edəcək. Dağlarda gecə 7-12° isti, gündüz 15-19° isti, bəzi yerlərdə 21-25° isti olacağı gözlənilir Qeyd edək ki, hazırkı hava ilə Weather.day.az saytında tanış olmaq olar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


