Sabah Azərbaycanda hava necə olacaq? - PROQNOZ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ümumilikdə yağıntı proqnozlaşdırılmır Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəz olunacaq Havanın temper

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ümumilikdə yağıntı proqnozlaşdırılmır Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən məlumata görə, şimal-qərb küləyi gün ərzində cənub-şərq küləyi ilə əvəz olunacaq Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65 faiz, gündüz 45-55 faiz təşkil edəcək Azərbaycanın rayonlarında da əsasən yağmursuz keçəcək. Lakin gün ərzində dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək Havanın temperaturu gecə 15-18° isti, gündüz 26-31° isti təşkil edəcək. Dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti, bəzi yerlərdə 21-26° isti olacağı gözlənilir Qeyd edək ki, hazırkı hava ilə Weather.day.az saytında tanış olmaq olar Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


