Tenqri
Ana Səhifə
Dünya

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Türkiyənin Kahramanmaraş şəhərindəki Azərbaycan məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına ibtidai məktəbdə xalqımızın Ümummilli Liderinin “Xatirə həftəsi” təşkil olunub Məktəbin direktoru Murad Demirçi AZƏRTAC-a bildirib ki, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə təhsil

0 baxışazertag.az
Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər
Paylaş:

Türkiyənin Kahramanmaraş şəhərindəki Azərbaycan məhəlləsində fəaliyyət göstərən Heydər Əliyev adına ibtidai məktəbdə xalqımızın Ümummilli Liderinin “Xatirə həftəsi” təşkil olunub Məktəbin direktoru Murad Demirçi AZƏRTAC-a bildirib ki, Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə təhsil müəssisəsində Heydər Əliyevin fotolarından ibarət guşə yaradılıb, şagirdlər isə Azərbaycan dövlətçiliyinin memarına həsr olunmuş şeirlər səsləndiriblər “Həyatını Azərbaycanın müstəqilliyinə, güclənməsinə və inkişafına həsr etmiş dahi dövlət xadiminin xatirəsini ehtiramla yad edirik. “Bir millət, iki dövlət” prinsipi iki ölkənin gələcək nəsillərinin yolunu işıqlandıraraq daim yaşayacaq”, – deyə o bildirib Məktəbin şagirdləri Türkiyə və Azərbaycan bayraqları, eləcə də Heydər Əliyevin portretləri ilə 2023-cü ildə baş vermiş dağıdıcı zəlzələlərin mərkəzi olmuş vilayətdə hökumətimizin təşəbbüsü ilə qısa müddətdə inşa edilən təhsil ocağının önünə toplaşıblar 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler