KAFKASSAM-ın rəhbəri Həsən Oktay niyə rəqs edir
Son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərə dair müxtəlif iddialar səsləndirən şəxslərin fəallaşması diqqət çəkir. Xüsusilə Ermənistan məsələsi ətrafında Bakı ilə Ankara arasında diplomatik böhranın yaşandığı, hətta Azərbaycan səfirinin geri çağırıla biləcəyi barədə səsləndirilən fikir

Son vaxtlar Türkiyə ilə Azərbaycan arasında münasibətlərə dair müxtəlif iddialar səsləndirən şəxslərin fəallaşması diqqət çəkir. Xüsusilə Ermənistan məsələsi ətrafında Bakı ilə Ankara arasında diplomatik böhranın yaşandığı, hətta Azərbaycan səfirinin geri çağırıla biləcəyi barədə səsləndirilən fikirlər reallıqdan uzaq təsir bağışlayır. Bu cür iddialar Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini bilməyənlərin və ya bilərəkdən kölgə salmaq istəyənlərin yanaşmasını ifadə edir İndidə KAFKASSAM-ın rəhbəri Həsən Oktay ortaya çıxıb. Adam bilməmiş deyil ki, Azərbaycan və Türkiyə münasibətləri hansısa şəxsin şərhləri üzərində qurulmayıb. Bu münasibətlər əsrlərin sınağından çıxmış tarixi bağlara söykənir. İki xalqı birləşdirən siyasi maraqlarla yanaşı ortaq tarix, ortaq mədəniyyət, ortaq dil və ən əsası insanların bir-birinə olan sevgisi təşkil edir Bu gün Türkiyə ilə Azərbaycan arasında münasibətlər strateji müttəfiqlik səviyyəsindədir. Şuşa Bəyannaməsi bu münasibətləri daha da möhkəmləndirib. İki dövlət regional və qlobal məsələlərdə daim bir-birinin yanındadır Belə münasibətə Həsən Oktay kimi ayrı-ayrı şəxslərin bəyanatları ilə toxunmaq belə mümkün deyil. Tarix göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığına zərbə vurmaq istəyənlər həmişə olub. Qatı islamçılar bunu bacarmadılar. Müxtəlif dairələr də məqsədlərinə çata bilmədilər. İndi isə ortaya yeni “ekspert” çıxıb Ortada tək rəqs edən nimdaş rəqqasəyə bənzəyən bu şəxs diqqət mərkəzində qalmaq üçün müxtəlif sensasion iddialar səsləndirir. Onun söylədikləri nə dövlətlərin rəsmi mövqeyi ilə üst-üstə düşür, nə də gerçək siyasi mənzərəni əks etdirir. Sadəcə, özünü gündəmdə saxlamaq cəhdidir Türk dünyasının inteqrasiyasından narahat olan qüvvələrin müxtəlif dövrlərdə fəallaşması yeni hadisə deyil. Bu qüvvələr bəzən xaricdə, bəzən də Türkiyənin daxilində müəyyən çevrələr vasitəsilə öz niyyətlərini həyata keçirməyə çalışırlar. Məqsəd türk dövlətləri arasında əməkdaşlığa mane olmaqdır. Ancaq indiyədək bu cəhdlərin heç biri nəticə verməyib Azərbaycan və Türkiyə liderləri arasında mövcud olan qarşılıqlı etimad münasibətlərin əsas dayaqlarından biridir. Dövlət başçıları dəfələrlə vurğulayıblar ki, iki ölkənin maraqları üst-üstə düşür. Hər iki tərəf regional sabitliyin təmin edilməsində ortaq mövqe nümayiş etdirir Bu gün Ankara ilə Bakı arasında münasibətlərə enerji layihələri, nəqliyyat dəhlizləri, müdafiə sənayesi sahəsində əməkdaşlıqları da əlavə etsək, aranı pozmaq istəyənlər çox çılız görünürlər Belə bir şəraitdə bəzi şəxslərin diplomatik böhran ssenariləri yazması heç bir halda ciddi qəbul edilə bilməz. Binəvalar bilmirlər ki, dövlətlərarası münasibətlər şəxsi emosiyalarla idarə olunmur, burada, milli maraqlar və strateji hədəflərlə prioritetdir Görünən odur ki, tarixi qardaşlığı zəiflətmək istəyən ünsürlər zaman-zaman meydana çıxacaqlar. Amma onların əlacsız səyləri nəticəsiz qalacaq. Çünki bu münasibətlərin təməlində xalqların bir-birinə olan sevgisi dayanır. Bu sevgi siyasi konjonkturalardan qat-qat güclüdür Cılız düşüncəli şəxslər Azərbaycan-Türkiyə münasibətlərinə təsir etmək gücündə deyillər. Onlar sadəcə öz mövqelərini və düşmənçiliklərini nümayiş etdirirlər. Tarixi qardaşlığı isə nə əsassız iddialarla, nə də süni böhran ssenariləri ilə sarsıtmaq mümkündür Azərbaycan və Türkiyə bundan sonra da bölgədə sülh, sabitlik və türk dünyasının birliyinin əsas təminatçılarından biri olaraq qalacaq. “Bir millət, iki dövlət” fəlsəfəsiçoxdan real siyasi və strateji gerçəklikdir


