Xorxe Jesus “Əskik olan tək şey Fənərbaxçadır” deyərək bomba atdı
Adı yenidən "Fənərbaxça" ilə hallanan Xorxe Jesus açıqlamaları ilə gündəm olub. Təcrübəli çalışdırıcının Türkiyə ilə bağlı dediyi sözlər sarı-göylü azarkeşləri coşdurub Portuqaliya mətbuatından Record-a danışan Xorxe Jesus karyerasının uğurlarını dəyərləndirərkən Fənərbaxça ilə bağlı diqqətçəkən a

Adı yenidən "Fənərbaxça" ilə hallanan Xorxe Jesus açıqlamaları ilə gündəm olub. Təcrübəli çalışdırıcının Türkiyə ilə bağlı dediyi sözlər sarı-göylü azarkeşləri coşdurub Portuqaliya mətbuatından Record-a danışan Xorxe Jesus karyerasının uğurlarını dəyərləndirərkən Fənərbaxça ilə bağlı diqqətçəkən açıqlamalar da verib Təcrübəli məşqçi "İndiyədək 4 ölkədə çalışmışam. 3 dəfə Portuqaliyada çempion olmuşam, Səudiyyə Ərəbistanında ikinci, Braziliyada isə çempion olmuşam. Hələlik Türkiyədə çempion olmaq qalır" deyib Xorxe Jesus açıqlamasına davam edərək Fənərbaxça dönəminə toxunub. Portuqaliyalı çalışdırıcı "Fənərbağça"nın son 12 ildə qazandıqları ən əhəmiyyətli kubok olan Türkiyə Kubokunu qazanmasına kömək etdim" dedi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasından ayrılmağa hazırlaşan Xorxe Xesusun adının yenidən "Fənərbaxça" ilə hallanması diqqət çəkir. Sarı-göylər klubda prezident seçkiləri öncəsi çalışdırıcı ilə bağlı bir çox ssenarilər müzakirə olunur Xorxe Jesus mövsüm ərzində "Fənərbağça"nın baş məşqçisi vəzifəsində çalışıb. Portuqaliyalı çalışdırıcı sarı-göylülər heyətində 53 matçda orta hesabla 2,23 xal toplayıb "Fənərbaxça" Xorxe Jesusun rəhbərliyi altında Super Liqada mövsümü 2-ci pillədə başa vuraraq Türkiyə Kubokunu qazanıb. Təcrübəli məşqçinin xüsusilə hücumçu futbolu azarkeşlər tərəfindən böyük rəğbətlə qarşılanıb


