Yaponiyada fabrikə girən ayının “pəncərəni açıb qaçdığı” düşünülür
Mainichi qəzetinin yazdığına görə, iyunun 2-də 4 nəfəri yaralayan ayı Fukusima şəhərində polad zavodunda otağa girib Komandalar otağın giriş-çıxışlarını barrikadalarla bağlayıb, bal və almadan istifadə edərək ayını tutmağa çalışsalar da, buna nail ola bilməyiblər Ayının tələyə düşməməsi üçün fab

Mainichi qəzetinin yazdığına görə, iyunun 2-də 4 nəfəri yaralayan ayı Fukusima şəhərində polad zavodunda otağa girib Komandalar otağın giriş-çıxışlarını barrikadalarla bağlayıb, bal və almadan istifadə edərək ayını tutmağa çalışsalar da, buna nail ola bilməyiblər Ayının tələyə düşməməsi üçün fabrikin işıqları söndürülərkən, əraziyə nəzarət edən personalın sayı da azaldılıb Bütün səylərə baxmayaraq iyunun 3-də yerli vaxtla saat 22.40 radələrində ayının pəncərədən qaçaraq fabrik ərazisindən uzaqlaşdığı bildirilib İşçilər ayı içəridə olarkən pəncərənin kilidləndiyini bildirərək, ayının pəncərəni özü açmış ola biləcəyini düşünürlər Səlahiyyətlilər sakinlərə ayıq-sayıq olmaları barədə xəbərdarlıq edib Sözügedən ayı hücumu ilk dəfə iyunun 2-də yerli vaxtla saat 06.30-da Fukusimadakı polad zavodunda baş verib Fabrikdəki hücumda 2 işçini yaralayan ayı daha sonra yaxınlıqdakı yaşayış məntəqəsinə daxil olaraq 80 yaşlarında qadına və 60 yaşlarında kişiyə hücum edib Tokio hökuməti son vaxtlar artan ayı hücumlarına qarşı tədbirləri artırır Hücumlarla mübarizə üçün yeni lisenziyalı ovçular işə götürməyi planlaşdırdığını açıqlayan hökumət, hücumların cəmləşdiyi ölkənin şimalındakı Akita əyalətinə də əsgər göndərmək qərarına gəlib Yaponiyanın Milli Polis Agentliyi polisə ayı ovlayarkən tüfənglə atəş açmağa icazə verib Baş nazir Takaiçi Sanae də ölkədə artan ayı hücumlarına qarşı yerli hökumətlərə əlavə büdcə təklifi təqdim etməyi planlaşdırdıqlarını bildirib


