İsrail ispan diplomatını çağırıb
İspaniyanın Malaga əyalətində baş nazir Benyamin Netanyahunun heykəlinin yandırılmasından sonra İsrail İspaniyanın müvəqqəti işlər vəkili Fransisko Pedros Karreteronu rəsmi töhmət üçün Tel-Əvivə çağırıb Hadisə aprelin 5-də ənənəvi “Yəhudanın yandırılması” ritualının bir hissəsi olaraq, İsrail höku

İspaniyanın Malaga əyalətində baş nazir Benyamin Netanyahunun heykəlinin yandırılmasından sonra İsrail İspaniyanın müvəqqəti işlər vəkili Fransisko Pedros Karreteronu rəsmi töhmət üçün Tel-Əvivə çağırıb Hadisə aprelin 5-də ənənəvi “Yəhudanın yandırılması” ritualının bir hissəsi olaraq, İsrail hökumətinin başçısının təsviri olan yeddi metrlik heykəlin yandırıldığı zaman baş verib. Yerli hakimiyyət bu aksiyanı İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına etiraz olaraq izah edib İsrail Xarici İşlər Nazirliyi “İspaniyanın müvəqqəti işlər vəkilinin töhmət üçün çağırıldığını” qeyd edərək, İspaniya hökumətini antisemitizmi “sistemli şəkildə qızışdırmaqda” və bu məsələ ilə bağlı heç bir addım atmamaqda ittiham edib. Xarici İşlər Nazirliyi həmçinin vurğulayıb ki, “dəhşətli antisemit nifrət” İspaniyanın baş naziri Pedro Sançesin siyasətinin birbaşa nəticəsidir TVE mənbələrə istinadən xəbər verir ki, İspaniya ittihamları rədd edərək, ölkə hökumətinin “antisemitizmə və istənilən formada nifrət və ya ayrı-seçkiliyə qarşı mübarizəyə sadiq olduğunu” vurğulayıb


