Tenqri
Ana Səhifə
Dünya

İsrail xahiş etdi, lakin rədd edildi

İsrail ABŞ prezidenti Donald Tramp administrasiyasından İranla sazişin mətnini ona təqdim etməyi xahiş edib, lakin rədd cavabı alıb, CNN-in müxbiri Tal Şalev israilli mənbəyə istinadən xəbər verir Mənbənin sözlərinə görə, imtinanın səbəblərindən biri Vaşinqtonun İsrail baş nazirinin sazişin mətnin

0 baxışhaqqin.az
İsrail xahiş etdi, lakin rədd edildi
Paylaş:

İsrail ABŞ prezidenti Donald Tramp administrasiyasından İranla sazişin mətnini ona təqdim etməyi xahiş edib, lakin rədd cavabı alıb, CNN-in müxbiri Tal Şalev israilli mənbəyə istinadən xəbər verir Mənbənin sözlərinə görə, imtinanın səbəblərindən biri Vaşinqtonun İsrail baş nazirinin sazişin mətnini rəsmi dərc edilməmişdən əvvəl mətbuata sızdıra biləcəyindən qorxması olub İsrailin i24 News telekanalı İsrailin tələbi və ABŞ-ın imtinası barədə ilk məlumat yayıb. Amerika rəsmisi bu mesajı şərh edərək, ABŞ-ın danışıqlar boyu İsrail də daxil olmaqla regional tərəfdaşları ilə sıx əlaqə saxladığını bildirib Eyni zamanda, ABŞ-ın vitse-prezidenti J.D.Vens “The Megyn Kelly Show” televiziya şousunda deyib ki, Birləşmiş Ştatlar İranla sazişin mətnini ictimaiyyətə açıqlamayacaq, çünki “diplomatik addımları düzgün ardıcıllıqla təşkil etmək lazımdır”. Vansın sözlərinə görə, təkcə İranın deyil, danışıqlarda vasitəçi qismində çıxış edən Pakistan və Qətərin nümayəndələri də ABŞ-a müvafiq tələblə müraciət ediblər "Hazırda zərif diplomatik proseslər gedir. İranlılar, nəinki onlar, hətta bizim vasitəçilər də bizdən düzgün ardıcıllığa riayət etməyimizi xahiş etdilər" dedi və "belə məxfiliyin" səbəblərini tam anlamadığını etiraf etdi İsrailin N12 telekanalının məlumatına görə, İsrail hələ də sənədin tam mətninə malik deyil. Daha əvvəl N12 qeyd edir ki, ABŞ prezidenti Donald Tramp sazişlə bağlı mətbuat konfransı keçirmək və onun dərc olunma vaxtını dəqiqləşdirmədən “sənədi sözbəsöz oxumaq” niyyətində olduğunu bildirib Eyni zamanda, İran mediası daha əvvəl məlumat vermişdi ki, sənəd 14 bənddən ibarətdir və xüsusilə İsrail qoşunlarının Cənubi Livandan çıxarılmasını nəzərdə tutur

Kaynak: haqqin.az

Diğer Haberler