İsrail müharibə xərclərini hesablayıb
İsrail KİV-i yazır ki, İsrail Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, İranla müharibə İsrailə təxminən 35 milyard şekel (11,5 milyard dollar) büdcə xərclərinə başa gəlib Departament qeyd edir ki, döyüşlər yüksək iqtisadi xərclərə, o cümlədən ÜDM artımının azalmasına və dövlət xərclərinin

İsrail KİV-i yazır ki, İsrail Maliyyə Nazirliyinin ilkin hesablamalarına görə, İranla müharibə İsrailə təxminən 35 milyard şekel (11,5 milyard dollar) büdcə xərclərinə başa gəlib Departament qeyd edir ki, döyüşlər yüksək iqtisadi xərclərə, o cümlədən ÜDM artımının azalmasına və dövlət xərclərinin artmasına gətirib çıxarıb ki, onların bəzilərinin ölçüsü gələcəkdə müəyyən ediləcək. Xərclərin əsas hissəsi bilavasitə İsrailin müdafiəsi və İsrail Müdafiə Qüvvələri, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər təhlükəsizlik orqanlarının hərbi ehtiyacları ilə bağlı təxminən 22 milyard NIS təşkil edir Raket zərbələri nəticəsində birbaşa dəymiş ziyana, istehsalın azalması nəticəsində müəssisələrin itkilərinə və işçilərin ödənişsiz məzuniyyətinə görə dövlət tərəfindən ödənilən kompensasiya ödənişlərinin ümumi məbləği 12 milyard şekel həcmində qiymətləndirilir. Daha bir milyard şekel mülki xərclərə - xəstəxana əməliyyatlarına, fövqəladə halların aradan qaldırılmasına və Sosial İşlər Nazirliyinin xərclərinə ayrılacaq

.webp&w=2048&q=70)
