İsrail və Livan ABŞ-ın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəliblər
İsrail və Livan atəşkəsin həyata keçirilməsi üçün razılığa gəliblər. Müvafiq birgə bəyanat İsrail, Livan və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra dərc olunub Sənədə əsasən, tərəflər ABŞ-ın rəhbərliyi altında Livan Silahlı Qüvvələrinin əraziyə müstəsna nəzarəti həyata keçirəc

İsrail və Livan atəşkəsin həyata keçirilməsi üçün razılığa gəliblər. Müvafiq birgə bəyanat İsrail, Livan və ABŞ nümayəndə heyətləri arasında aparılan danışıqlardan sonra dərc olunub Sənədə əsasən, tərəflər ABŞ-ın rəhbərliyi altında Livan Silahlı Qüvvələrinin əraziyə müstəsna nəzarəti həyata keçirəcəyi pilot təhlükəsizlik zonalarının yaradılmasına başlamaq barədə razılığa gəliblər. Eyni zamanda, bu ərazilərdə hər hansı qeyri-dövlət silahlı birləşmələrinin olmasına icazə verilmir Bəyanatda həmçinin qeyd olunur ki, İsrail və Livan bir-birinə qarşı düşmənçilik niyyətlərinin olmadığını təsdiqləyib və qarşılıqlı etimadı gücləndirmək və sərhəddə gərginliyi azaltmaq üçün birbaşa dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər Danışıqlarda vasitəçilik edən Birləşmiş Ştatlar Livan ordusuna dəstəyi davam etdirmək niyyətində olduğunu bəyan edərək, onun bütün ölkə ərazisində təhlükəsizliyi və dövlət suverenliyini təmin etmək qabiliyyətinin gücləndirilməsinə köməklik göstərib Bundan əlavə, tərəflər siyasi və təhlükəsizlik məsələləri üzrə danışıqları iyunun sonunda bərpa etmək barədə razılığa gəliblər Bundan əvvəl İsrail və Hizbullah qismən atəşkəsə razılaşmışdılar Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın


