İzmirdə ürək ağrıdan qəza! 6 yaşlı uşaq topunu almaq istəyərkən məktəb avtobusunun altında qalaraq ölüb
Şehitler rayonunda saat 19.30 radələrində A.D. 35 S 00662 dövlət nömrə nişanlı məktəb avtobusu yolda oynayan uşaqları görüb dayanıb. Bir müddət gözlədikdən sonra yoluna davam etmək üçün yenidən hərəkət edən sürücü sol arxa təkərə qaçan topu almaq üçün maşının altına girən 6 yaşlı İşıl K.-ni vurub

Şehitler rayonunda saat 19.30 radələrində A.D. 35 S 00662 dövlət nömrə nişanlı məktəb avtobusu yolda oynayan uşaqları görüb dayanıb. Bir müddət gözlədikdən sonra yoluna davam etmək üçün yenidən hərəkət edən sürücü sol arxa təkərə qaçan topu almaq üçün maşının altına girən 6 yaşlı İşıl K.-ni vurub Qəzaya şahid olan ətrafdakı vətəndaşların xəbəri üzərinə dərhal polis və sağlamlıq qrupları ünvana sövq edilib. Avtomobilin altında qalaraq ağır xəsarət alan uşağa hadisə yerində olan təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib. Buradakı əməliyyatlardan sonra Işıl K. təcili yardımla İzmir Katip Çələbi Universiteti Atatürk Təhsil və Araşdırma Xəstəxanasına aparılıb Təcili yardım otağında müalicə alan 6 yaşlı uşaq həkimlərin bütün tibbi müdaxilələrinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və dünyasını dəyişib. Hadisədən sonra polis qrupları məktəb avtobusunun sürücüsü A.D-ni saxlayıb Qəza ilə bağlı səlahiyyətlilərin başlatdığı araşdırma davam edir Mənbə: İhlas Xəbər Agentliyi


