İzmirdə azərbaycanlı rəssamların sərgisi açılıb
Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı İzmirdə keçirilən “Azərbaycan Günləri” davam edir. Bu çərçivədə İzmirdə çağdaş Azərbaycan rəssamlarının “Rənglərin zərifliyi: Sənətin Zəfəri” mövzusunda sərgisi açılıb AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın qadın rəssa

Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı İzmirdə keçirilən “Azərbaycan Günləri” davam edir. Bu çərçivədə İzmirdə çağdaş Azərbaycan rəssamlarının “Rənglərin zərifliyi: Sənətin Zəfəri” mövzusunda sərgisi açılıb AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın qadın rəssamları, eləcə də Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilir Tədbir Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İzmir Azərbaycan Dərnəyinin dəstəyi ilə təşkil olunub Sərginin açılış mərasimində çıxış edən İzmir Azərbaycan Dərnəyinin sədri Pərviz Altay Azərbaycan əsərlərinin Türkiyənin mühüm mədəniyyət mərkəzlərindən olan tarixi İzmir şəhərində sərgilənməsinin mədəniyyətimizin, rəssamlıq sənətinin tanıdılmasında mühüm əhəmiyyət daşıdığını bildirib Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında iki qardaş ölkə arasında dostluq və mədəni əlaqələrdən bəhs edərək, Azərbaycanın zəngin mədəniyyətinin, rəssamlıq sənətinin Türkiyədə təbliği istiqamətində layihələrdən danışıb. O, hər bir xalqın mədəniyyəti və sənəti ilə dünyada tanındığını qeyd edərək, müasir rəssamlarımızın əsərlərində Azərbaycanın, onun qədim tarixinin, milli mədəniyyətinin, Vətən sevgisinin tərənnüm edildiyini deyib İzmir Böyükşəhər Bələdiyyəsi sədrinin vəkili Zafer Leven Yıldır çıxış edərək “Bir millət, iki dövlət” şüarı ilə hərəkət edən Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərini vurğulayıb, Azərbaycan əsərlərinin tarixi İzmir şəhərində sərgilənməsinin şəhər sənətsevərləri arasında böyük maraqla qarşılandığını bildirib. O, əsərlərdə Türk kimliyimizin, ortaq dəyərlərimizin əks olunduğunu, bu cür tədbirlərin qardaş Azərbaycanı, onun mədəniyyətini daha yaxından tanımağa imkan yaratdığını söyləyib Tədbirin bədii hissəsində Azərbaycan milli musiqiləri ifa edilib, sərgiyə baxış keçirilib, əsərlər haqqında məlumat verilib Azərbaycan təsviri sənətinin zəngin ənənələrini və milli ruhunu əks etdirən sərgidə Ümummilli Lider Heydər Əliyev və Türkiyə xalqının Ulu Öndəri Mustafa Kamal Atatürkün portretləri yer alıb İzmirli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanan sərgi mayın 28-dək davam edəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


