Bişkekdən Urumçiyə birbaşa uçuşlar açılacaq
Aero Nomad Hava Yolları avqustun 3-dən Bişkek - Urumçi - Bişkek marşrutu üzrə birbaşa reys açacaq. Bu barədə "Qırğızıstan Hava Limanları" ASC-nin mətbuat xidməti məlumat yayıb Qeyd edildiyi kimi, yeni marşrut Qırğızıstan və Çin arasında hava nəqliyyatını genişləndirməlidir. Urumçi Qərbi Çinin əsas

Aero Nomad Hava Yolları avqustun 3-dən Bişkek - Urumçi - Bişkek marşrutu üzrə birbaşa reys açacaq. Bu barədə "Qırğızıstan Hava Limanları" ASC-nin mətbuat xidməti məlumat yayıb Qeyd edildiyi kimi, yeni marşrut Qırğızıstan və Çin arasında hava nəqliyyatını genişləndirməlidir. Urumçi Qərbi Çinin əsas iqtisadi, logistika və ticarət mərkəzlərindən biridir Uçuş Qırğızıstan və Çin arasında səyahət edən sahibkarlar, biznes nümayəndələri, turistlər, tələbələr və digər sərnişinlər üçün nəzərdə tutulub Uçuşlar Airbus A320 təyyarələrində həyata keçiriləcək Yeni marşrutun istifadəyə verilməsi şərəfinə aviaşirkət 2026-cı ilin avqust-sentyabr aylarında reyslərdə sərnişinlər üçün xüsusi şərtlər hazırlayıb. Xüsusilə, təcili çıxışların yaxınlığındakı oturacaqlar istisna olmaqla, bütün sərnişinlər təyyarənin salonunda yerləri sərbəst seçmək imkanı əldə edəcəklər. Həmçinin pulsuz baqaj norması bütün xidmət növləri üçün 40 kq-a qədər artırılacaq. Əl yükü üçün icazə 7 kq-a qədər olacaq Aviaşirkət qeyd edib ki, Bişkek-Urumçi reysinin açılması beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi strategiyasının bir hissəsidir


