Azərbaycandan Ermənistana dizel - yenilənib 16:20
Güzdək stansiyasından Ermənistana 2475 ton dizel yanacağı göndərilib Yerli mətbuatın məlumatına görə, dizel yanacağı olan 42 vaqon Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılacaq Bu günə kimi Azərbaycandan Ermənistana 10 min tondan çox

Güzdək stansiyasından Ermənistana 2475 ton dizel yanacağı göndərilib Yerli mətbuatın məlumatına görə, dizel yanacağı olan 42 vaqon Böyük Kəsik stansiyası istiqamətində yola düşüb. Yük Gürcüstan ərazisindən tranzitlə Ermənistana çatdırılacaq Bu günə kimi Azərbaycandan Ermənistana 10 min tondan çox dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin ixrac edilib Bu gün Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana növbəti taxıl və gübrə tədarükü həyata keçirilib İyunun 4-də “Azərbaycan Dəmir Yolları” QSC-nin Balacarı stansiyasından Böyük-Kəsik istiqamətində 3 vaqon buğda (210 ton), 2 vaqon arpa (140 ton) və 1 vaqon gübrə (69 ton) yola salınıb Bu günə kimi Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə 29 min tondan çox taxıl, 6 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq yarması gətirilib Bu gün Azərbaycandan Ermənistana dizel yanacağının daha bir partiyası dəmir yolu ilə göndəriləcək Ermənistana 42 vaqon dizel yanacağının ixracı planlaşdırılır Məlumata görə, qatar saat 16:00-da “Azərbaycan Dəmir Yolları” QSC-nin Güzdək stansiyasından yola düşəcək Daha sonra qatar Böyük-Kəsik stansiyasından keçərək Gürcüstanla sərhədi keçərək Ermənistana doğru hərəkətini davam etdirəcək Azərbaycan ərazisindən tranzitlə Rusiyadan Ermənistana 3 vaqon buğda, 2 vaqon arpa və 1 vaqon gübrə göndəriləcək Bu gün Baladjarı stansiyasından maşınlar yola salınacaq


